Accessibility links

Tramp təsdiq olunan koronavirus vaksinini "tibbi möcüzə" adlandırır


ABŞ prezidenti Donald Tramp.

ABŞ prezidenti Donald Tramp cümə günü ABŞ-da ilk COVID-19 hallarının aşkarlanmasından bir ildən qısa müddət sonra koronavirus vaksininin çox məhdud sayda olsa da dərhal istifadəyə hazır olmasını “tibbi möcüzə” adlandırıb.

Tramp Twitter-də yerləşdirdiyi videoda deyib ki, ABŞ Ərzaq və Dərman İdarəsinin fövqəladə istifadə üçün təsdiqlədiyi Pfizer-BioNTech vaksininin ilk dozaları “24 saat ərzində” tətbiq olunacaq və “bütün amerikalılar üçün pulsuz” olacaq.

Prezident deyib ki, vaksin “milyonlarla həyat qurtaracaq və yaxında pandemiyaya birdəfəlik son qoyacaq.” Onun bu iddiaları səhiyyə rəsmilərinin söylədikləri ilə təzad təşkil edir, çünki onlar çox sayda amerikalıya peyvənd vurmağın aylarla vaxt aparacağını və COVID-19-un aradan qaldırılacağına zəmanətin olmadığını deyirlər.

Prezidentliyə seçilmiş Co Bayden bu xəbərə dərhal reaksiya bildirməyib. O, bu həftənin əvvəlində administrasiyasının ilk 100 günündə 100 milyon vaksinin tətbiq olunacağına söz vermişdi. Bayden vəzifəsinin icrasında yanvarən 20-də başlayacaq.

Konqresin baş Demokratı, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, “amerikalılar bu vaksinə tam etimad etməli, onun Ərzaq və Dərman Administrasiyasının məsləhət panelinin müstəqil ekspertləri tərəfindən yoxlanılıb, tövsiyyə edildiyini bilməlidirlər.”

Pelosi bəyanatında vaksinin istehsalını sürətləndirmək üçün federal höküməti addım atmağa çağırıb və deyib ki, “Biz vaksinin pulsuz olub, mümkün qədər tez bir zamanda mümkün olduğu qədər çox amerikalıya ədalətli və bərabər şəkildə tətbiq olunmasını təmin etməliyik.”

Səhiyyə və İnsan Xidmətləri katibi Aleks Azar deyib ki, hazırda milyonlarla vaksin dozasə ABŞ-a göndərilir, lakin buna baxmayaraq, amerikalıar ictimai səhiyyə tədbirlərinə əməl etməyə davam etməlirdilər.

“Amerikalılara vaksin vurulduğu bir vaxt, biz özümüzü, sevdiklərimizi və icmalarımızı qorumaq üçün əllərimizi yumaq, sosial məsafəni qorumaq və maka taxmaq kimi tədbirləri görməyə davam etməliyik,” Azar bəyanatında bildirib.

Senatın Səhiyyə Komitəsinin sədri Tennessi ştatından Respublikaçı Lamar Aleksandr tvit ataraq bildirib ki, Amerika ictimaiyyəti “bu nəticəyə gətirib çıxaraq əczaçılıq şirkətlərindəki alimlərə və fedeal hökümətə, bu səylrə başlıq etdiyinə görə Tramp administrasiyasına, Konqresə isə maliyyələşdirdiyinə görə minnətdar olmalıdırlar.”

XS
SM
MD
LG