Accessibility links

Tramp təzyiqlərdən sonra Boeing 737 MAX-in uçuşlarını təxirə salıb


Tramp təzyiqlərdən sonra Boeing 737 MAX-in uçuşlarını təxirə salıb
please wait

No media source currently available

0:00 0:02:02 0:00

ABŞ höküməti daxili və beynəlxalq təzyiqlərdən sonra Boeing 737 Max 8 və 9 təyyarələrindən istifadəni dayandırıb. Kanada bazar günü Efiopiya Hava Yollarına məxsus 302 nömrəli reysin qəzası ilə oktyabr ayında Lion Air-ın qəzası arasında bənzərliklərin olduğunu göstərən yeni peyk görüntülərinin olduğunu söyləyəndən sonra Prezident Tramp fövqəladə sərəncam imzalayıb.

Boeng-in ən çox satılan 737 Max 8 təyyarəsi artıq ABŞ-ın hava məkanında uçmayacaq. Buna səbəb prezident Donald Trampın bu təyyarədən istifadənin dayandırılması ilə bağlı fövqəladə sərəncam imzalaması olub.

Mən risk almaq istəmədim. Biz bu qərarı bu gün verməli deyildik. Biz bunu təxirə sala bilərdik, bəlkə də heç belə qərar verməyə də bilərdik, amma mən bunun mühüm olduğunu düşündüm. Həm psixoloji baxımdan həm başqa səbəblərə görə.
Donald Tramp

“Mən risk almaq istəmədim. Biz bu qərarı bu gün verməli deyildik. Biz bunu təxirə sala bilərdik, bəlkə də heç belə qərar verməyə də bilərdik, amma mən bunun mühüm olduğunu düşündüm. Həm psixoloji baxımdan həm başqa səbəblərə görə”, Tramp deyib.

Trampın qərarından bir gün öncə Boeing-in baş icraçı direktoru Dennis Muilenburq Trampla telefonda danışıb və onu təyyarənin təhlükəsizliyi ilə bağlı arxayın etməyə çalışıb.

Boeing ən əsas hərbi podratçı kimi Vaşinqtonda böyük lobbi gücünə sahibdir. Şirkət prezidentin inaqurasiya fonduna bir milyon dollar ianə edib və Tramp baş icraçı direktoru “dost” adlandırıb.

“Bu, Boeing kimi şirkət üçün çox çətin qərardır. Bu, fenomenal tarixçəsi olan möhtəşəm şirkətdir” - deyə, Tramp bildirib.

Boeing yaydığı bəyanatda uçuşların müvəqqəti təxirə salınmasını dəstəklədiyini, lakin “737 Max-in təhlükəsizliyinə tam etimad göstərməkdə davam etdiyini” bildirib.

Bazar günü baş verən qəzadan sonra Boeing-in səhm dəyəri 15 faiz azalıb.

737 Max 8-in təyyarələri son beş ayda iki dəfə qəzaya uğrayıb. Nəticədə oktyabr ayında qəzaya uğrayan İndoneziyanın Lion Air şirkətinə məxsus təyyarədəki insanlar daxil olmaqla ümumi olaraq 350 nəfər ölüb.

Southwest Hava Yollarına məxsus Boeing 737 MAX 8 təyyarəsi
Southwest Hava Yollarına məxsus Boeing 737 MAX 8 təyyarəsi

Trampın sərəncamından bir neçə saat öncə Kanada da təyyarəni qadağan edən ölkələr siyahısına daxil olub.

“Bizim bu səhər əldə edib, təhlil etdiyimiz yeni məlumat təsdiq olunmuş peyk izləmə məlumatlarından gəlir. Bu məlumatlar Lion Air təyyarəsi ilə oxşarlıqların olduğunu göstərir”, Kanadanın nəqliyyat naziri Mark Qarno söyləyib.

Efiopiya rəsmiləri təyyarənin “qara qutularını” bərpa edib və onları istintaq üçün xaricə yollamağı planlaşdırır. Uçuşla bağlı məlumatdan və pilot kabinəsinin səs qeydlərindən qəzanın səbəbi ilə bağlı mühüm informasiya əldə oluna bilər.

XS
SM
MD
LG