Accessibility links

Tramp Talibanla qapalı danışıqları ləğv edib


ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp bazar günü Əfqanıstan prezidenti Əşrəf Qani və “Talibanın əsas liderləri” ilə Kemp Deviddəki prezident iqamətgahında keçirilməsi nəzərdə tutulan danışıqları ləğv edib.

Şənbə günü Twitter səhifəsində yazdığı silsilə tvitlərdə Tramp Kabildə bir Amerika əsgəri də daxil olmaqla, 12 nəfərin ölümülə nəticələnmiş bomba hücumundan dərhal sonra Merilend ştatındakı prezident iqamətgahında danışıqlarla bağlı planları ləğv etdiyini izah edib.

Tramp Talibanın hücumu “süni təzyiq vasitəsi” yaratmaq məqsədilə törətdiyini deyib.

Prezident əlavə edib ki, əgər Taliban “bu olduqca mühüm sülh danışıqları zamanı atəşkəslə razılaşa bilmirisə və hətta 12 nəfəri qətlə yetirməyə hazırdırsa, o zaman belə görünür, hər hansı ciddi razılaşma əldə etmək qabiliyyətinə malik deyil”.

“Onlar hələ neçə onilliklər döyüşmək istəyir?”, ABŞ prezidenti əlavə edib.

Əfqanıstan prezidentinin bəyanatı

Əfqanıstan prezidenti Əşrəf Qani bazar günü prezident Donald Trampın məxfi sülh danışıqlarını ləğv etməsinə cavab olaraq bazar günü bəyanat açıqlayıb.

“Həqiqi sülh Talibanın atəşkəsə razı olduğu halda mümkün olacaq”-deyə, bəyanatda bildirilir.

Əfqanıstan prezidenti Əşrəf Qani
Əfqanıstan prezidenti Əşrəf Qani

Əşrəf Qaninin ofisi Birləşmiş Ştatlar və müttəfiqlərlə “ləyaqətli və uzunmüddətli sülhün” əldə edilməsi üçün birgə işləməyə sadiq qaldığını bəyan edib və bu ay prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Sülh razılaşmasının əldə edilməsi üçün ABŞ diplomatları və Taliban arasında aylardır müzakirələr aparılır. Taliban atəşkəslə bağlı çağırışlarını rəd edib.

Prezident Qaninin nümayəndəsi danışıqların baş tutmamasında Talibanı günahlandırıb.

Taliban Trampın qərarını qınayıb

Taliban ABŞ prezidenti Donald Trampın üsyançı qrupla məxfi sülh danışıqlarını ləğv etmək qərarını qınayıb.

Taliban müzakirəçiləri Dohada danışıqlar zamanı, 8 iyul, 2019.
Taliban müzakirəçiləri Dohada danışıqlar zamanı, 8 iyul, 2019.

Üsyançı qrup bazar günü verdiyi bəyanatda mübarizəsini dayandırmayacağını və Birləşmiş Ştatların danışıqlara qayıtmağa məcbur olacağını bildirib.

Taliban həmçinin Amerika vasitəçilərinin Dohada sentyabrın 23-ü Əfqanıstandakı digər fraksiyalarla danışıqlara başlanılması haqda tərəflər arasında əldə edilən razılaşmadan məmnun qaldıqlarını iddia edib.

Taliban Trampın Kemp Deviddə danışıqların qəfil ləğvi qərarından “ən böyük zərəri” ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin çəkəcəyini bildrib.

XS
SM
MD
LG