Accessibility links

Tramp: Talibanla razılıq yaxındır, Əfqanıstanda qoşun sayı 8600-ə endiriləcək


Donald Tramp
Donald Tramp

Prezident Donald Tramp cümə axşamı deyib ki, ABŞ Əfqanıstandakı amerikalı əsgərlərin sayını 14,000-dən 8,600-ə endirməyi planlaşdırır.

Tramp bunu ABŞ nümayəndəsi Talibanla 18 ildir davam edən müharibəyə həll yolu tapmaqla bağlı danışıqarı davam etdirdiyi vaxt söyləyib. Prezident bildirib ki, ABŞ razılıq əldə etməyə “yaxındır”, amma razılığın nəticəsi hələ ki, qeyi-müəyyəndir.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad

“Kim bilir, bu baş verə də bilər, verməyə də”, Tramp Fox News Radiosunun “The Brian Kilmeade” şousunda söyləyib.

Tramp qoşunların nə zaman çıxarılacağını bildirməyib. Pentaqon orada olan 14 min qoşunun yarısını ölkədən çıxarmaq planları hazırlayır, lakin Taliban ABŞ və NATO-nun bütün qüvvələrinin ölkəni tərk etməsini istəyir.

“Biz qoşunun sayını 8600-dək endirəcəyik və daha sonrakı addımı müəyyən edəcəyik”, Tramp deyib və əlavə edib ki, ABŞ-ın Əfqanıstanda “yüksək kəşfiyyat” mövcudluğu olacaq.

Tramp Talibanın 11 sentyabr hücumlarına görə məsuliyyət daşıyan Əl-Qaidə şəbəkəsinin üzvlərini sığınacaqla təmin edən Əfqanıstanı “Terrorun Harvard Universiteti” adlandırıb.

Əgər terror qrupları bir daha Əfqanıstandan Amerikaya hücum etsə “biz onların daha öncə görmədikləri güvvə ilə geri dönəcəyik”, Tramp söyləyib. “Amma mən bunun baş verəcəyini gözləmirəm”, o əlavə edib.

Biz qoşun sayını 8600-dək endirəcəyik və daha sonrakı addımı müəyyən edəcəyik.
Donald Tramp

ABŞ-ın yüksək rütbəli ordu zabiti çərşənbə günü deyib ki, ABŞ qoşunlarının Əfqanıstandan tamamilə çıxarılmasını müzakirə etmək hələ çox tezdir. Birgə Qərargahlar Rəisi general Cozef Danford Pentaqonda müxbirlərə deyib ki, ABŞ-ın Talibanla əldə edəcəyi hər hansı razılıq Əfqanıstanda təhlükəsizlik şərtlərinə əsaslanacaq. O bildirib ki, Əfqanıstan qüvvələri hələ ki, müttəfiq qüvvələrin yardımı olmadan ölkəni müdafiə edə bilmir.

Əfqanıstan höküməti ABŞ nümayəndəsi Zalmay Xəlilzadın Kabildəki rəsmiləri çox yaxında Talibanla danışıqlarda əldə olunan irəliləyişlərlə bağlı məlumatlandıracağını gözləyir.

Talibanın sözçüsü də bildirib ki, onlar yekun razılıq əldə etməyə yaxındır. Lakin Taliban hətta danışıqların davam etdiyi vaxtda belə Əfqanıstan boyu hücumlar törədir, İslam Dövləti qrupunun bir qolu isə ölkədə qrupa olan dəstəyi genişləndirir.

Xəlilzad razılıq əldə etməyə yaxın olsa belə, Əfqanıstan höküməti özü Talibanla sülh razılığını müzakirə etməli olacaq. Bu müzakirələr zamanı Talibanın 2001-ci ildə ABŞ-ın müdaxiləsindən əvvəl hakimiyyətdə olduğu ölkədə idarəçilikdə rolu müəyyənləşdiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG