Accessibility links

Tramp tariflə bağlı qərarını təxirə salıb [Video]


Tramp tariflə bağlı qərarını təxirə salıb
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Tramp tariflə bağlı qərarını təxirə salıb

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı, Kanada və Meksikadan alüminium və polad idxallarına tarif tətbiq etmək qərarını iyunun 1-dək təxirə salıb. Bazar ertəsi edilən bu açıqlama həmin ölkələri ABŞ-ın polad və alüminium tariflərindən azad etmək üçün danışıqlar aparmağa vaxt verir. Tramp administrasiyası yanvar ayında Çin, Rusiya, Yaponiya və bir çox digər ölkəyə qarşı genişmiqyaslı tariflər tətbiq edib, amma bir neçə yaxın müttəfiq mayın 1-dək tariflərdən azad edilib. Administrasiya Argentina, Braizliya və Avstraliya ilə razılıqlar əldə etməyə yaxın olduğunu bildirir.

Amerika və Kanadadan başqa polad və alüminum sənayelərinin bir-biri ilə bu dərəcədə əlaqəsi olan başqa iki ölkə yoxdur.
Castin Trudo

ABŞ prezidenti Donald Tramp mart ayında polad idxallarına 25 faiz, alüminiuma isə 10 faizlik tarif tətbiq edib, lakin Kanada, Meksika, Braziliya və Avropa İttifaqını müvəqqəti olaraq tariflərdən azad edib. Kanada ABŞ-ın ən böyük polad və alüminium təchizatçıdır.

Kanadanın baş naziri Castin Trudo bazar ertəsi deyib ki, tariflər iki ölkə arasındakı mürəkkəb ticarətə əngəl törədəcək.

“Hər gün iki ölkə arasındakı milyardlarla dollarlıq ticarət aparılır. Milli təhlükəsizlik baxımından, Kanada alüminiumu Amerikanın döyüş təyyarələrində, Kanada poladı isə Amerikanın zirehli maşınlarının istehsalında istifadə olunur. Yəni, Amerika və Kanadadan başqa polad və alüminum sənayelərinin bir-biri ilə bu dərəcədə əlaqəsi olan başqa iki ölkə yoxdur,” o söyləyib.

Tariflər ABŞ-ın Avropa İttifaqı ilə 10 milyard dollar dəyərindəki ticarətinə təsir göstərir. Almaniya kansleri Angela Merkel deyib ki, istisna müddəti uzadılmasa, Avropa Birləşmiş Ştatlarla ticarət müharibəsi başlada bilər. Almaniyalı maliyyə eksperti isə deyir ki, Avropa ölkələri artıq Amerikadan asılı olmamalıdır.

“Müharibə bitəndən bəri Amerika hər zaman qlobal iqtisadiyyata töhfə verib, Avropa isə ondan faydalanıb, amma bu dövr artıq bitib. ABŞ indi bütün diqqəti özün ayırmaq istəyir. Bu o deməkdir ki, Avropa ilk öncə öz evini səliqəyə salmalıdır. Bu isə çox çətindir. Bizim iki şeyə ehtiyacımız var. Birincisi, biz ABŞ mallarına tarifləri azaltmalıyıq. İkincisi isə, ölkədaxilində islahatlar aparmalıyıq. Bunu başa düşməyənlər isə qulaqlarını yoxlamalıdırlar,” deyə Baader Bankın kapital bazarları üzrə təhlilçisi Robert Halver bildirib.

Şənbə günü Miçiqan ştatında çıxışı zamanı Tramp seçki kampaniyası dövründə Birləşmiş Ştatlara qarşı ədalətli olmayan beynəlxalq ticarət razılıqlarından geri çəkiləcəyinə dair etdiyi vədini təkrarlayıb.

Tramp ən çox Çinlə ticarətdəki qeyri-bərabərliklə bağlı narazılığını dilə gətirib. O, tarifləri elan edəndən sonra Çin ABŞ-ı məhsullarına idxal vergiləri tətbiq etməklə hədələyib. Lakin Tramp Çinlə ədalətli ticarət razılaşması əldə edəcəyinə etimadını dilə gətirib. Mayın 3-də ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti ikitərəfli ticarət əlaqələrini müzakirə etmək üçün Çinə səfər edəcək.

XS
SM
MD
LG