Accessibility links

Tramp "TikTok"u qadağan edəcək


Prezident Donald Tramp TikTok-un ABŞ-da fəaliyyətini dayandırmaq niyyətində olduğunu söyləyir.

Tramp cümə günü bildirib ki, o, şənbə günü populyar sosial media tətbiqinin ABŞ-da fəaliyyətini danayndırmaq üçün tədbirlər görə bilər.

“TikTok məsələsinə gəldikdə, biz onu Birləşmiş Ştatlarda qadağan edəcəyik,” Tramp cümə günü onunla birlikdə Floridaya səfər edən müxbirlərə deyib.

O bildirib ki, tətbiqi qadağan etmək üçün sərəncam imzalayacaq.

Tramp ABŞ şirkətinin TikTok-un Amerikadakə fəaliyyətini satın almasına icazə verəcək razılığı dəstəkləmir.

Tətbiq ABŞ və dünyanın bir çox yerində böyük populyarlıq qazanıb və artıq iki milyarddan çox insan tətbqi telefonlarına yükləyib ki, onların 165 milyonu ABŞ-ın payına düşür.

Tətbiqdə təkcə əyləncə məqsədli videolar deyil, həm də siyasi məsələlər, irqi ayrı-seçkilik və qarşıdan gələn prezident seçkiləri ilə bağlı debatlar yer alır.

ABŞ rəsmiləri narahatdır ki, TikTok təhlükəsizliyə hədədir, onlar şirkətin istifadəçi məlumatlarını Çin höküməti ilə paylaşa biləcəyindən qorxur. Lakin TikTok-un ana şirkəti ByteDance istifadəçi məlumatlarını Çin höküməti ilə paylaşmadığını və ABŞ istifadəçilərinin məlumatlarını ABŞ və Sinqapurda saxladığını bildirir. TikTok bu yaxınlarda Disney şirkətinin sabiq icraçısı Kevin Mayeri baş icraçı direktoru təyin edib. Bu addım şirkəti özünü Pekindən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirilib.

ABŞ-ın maliyyə naziri Stiv Mnuçin bu həftə deyib ki, ABŞ hökümətinin Birləşmiş Ştatlarda Xarici Sərmaye Komitəsi TikTok-la bağlı araşdırma aparacaq.

Komitənin işi xarici sərmayelərə nəzarət edib, onların milli təhlekəsizliyə hədə olub-olmadıqlarını təhlil etməkdir. Komitə şirkətləri hər hansı müqavilələri ləğv etməyə və ya milli təhlükəsizlik üçün lazım olan başqa tədbirləri görməyə məcbur edə bilər.

Şərhlərə bax

XS
SM
MD
LG