Accessibility links

ABŞ İŞİD-i məğlub edəndən sonra Suriyadakı qruplara dəstəyini azaldacaq [Video]


ABŞ İŞİD-i məğlub edəndən sonra Suriyadakı qruplara dəstəyini azaldacaq
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Ağ Ev bildirib ki, İslam Dövləti qrupunun məğlubiyyətindən sonra Birləşmiş Ştatlar militantlara qarşı döyüşən yerli qruplara dəstəyini azaldacaq. Siyasət dəyişikliyini ilk öncə ötən həftə Türkiyə açıqladı. Türkiyə uzun zamandır ABŞ-ın Ankaranın terror təşkilatı adlandırdığı kürd YPG militatlarına dəstəyinə görə gileylənir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü mətbuat konfransı zamanı bildirib ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ilə telefon söhbəti zamanı kürd döyüşçüləri silahlandırmağa son qoyacağına söz verib. Ağ Ev isə belə bir sözün verildiyini təsdiq etməyib.

Cənab Tramp Türkiyə üçün vacib olanı anlayırdı və ilk gündən etibarən Türkiyənin Daeşə qarşı mübarizə siyasəti də açıq-aydın idi. Biz deyirik ki, əgər siz Daeşə qarşı mübarizə aparmaq istəyirsinizsə, doğru tərəfdaşı seçməlisiniz. Bir terror qrupuna qarşı bir başqa terror qrupunun köməkliyi ilə döyüşə bilməzsiniz.
Binəli Yıldırım

Prezident Tramp İslam Dövləti qrupunu Suriyada militantlara qarşı döyüşən yerli qrupları dəstəkləyərək məğlub edəcəyinə söz vermişdi. İndi isə özünü xilafət adlandıran qrup demək olar dağılıb və bununla Birləşmiş Ştatların oradakı döyüşçülərə dəstəyi azalacaq. Bunu bazar ertəsi Ağ Evin sözçüsü bildirib.

“Prosesin bir hissəsi o idi ki, biz İŞİD-ə qarşı kampaniyada qələbə əldə etməyə başlayanda bəzi qruplara dəstəyi azaldacağıq. İndi ki, biz artıq bu xilafəti dağıdırıq, artıq həmin qrupları hərbi avadanlıqlarla təmin etməyə son qoya bilərik. Amma bu bizim fərdi qruplara bütün dəstəyi kəsəcəyimizi demək deyil”, deyə Sarah Hakabi Sanders bildirib.

Ağ Ev Türkiyə prezidentinə hər hansı vədlərin verildiyini hələ ki təsdiq etməyib.

Amma bazar ertəsi Türkiyə baş naziri Binəli Yıldırım prezident Trampın bu qərarını alqışladığını deyib.

“Cənab Tramp Türkiyə üçün vacib olanı anlayırdı və ilk gündən etirbarən Türkiyənin Daeşə qarşı mübarizə siyasəti də açıq-aydın idi. Biz deyirik ki, əgər siz Daeşə qarşı mübarizə aparmaq istəyirsinizsə, doğru tərəfdaşı seçməlisiniz. Bir terror qrupuna qarşı bir başqa terror qrupunun köməkliyi ilə döyüşə bilməzsiniz”, o deyib.

Ankara Suriyanın kürd YPG yarı-hərbi dəstəsini müstəqil Kürdüstan yaratmaq niyyətində olan Türkiyənin qadağan etdiyi PKK separatçı qrupu ilə əlaqəsi olan terror qrupu hesab edir. Birləşmiş Ştatlar YPG-ni Suriyada İslam Dövlətinə qarşı ən effektiv mübarizə aparan qüvvə olaraq görür və Türkiyənin etirazlarına baxmayaraq qrupu dəstəkləyir.

Suriyanın kürd rəsmisi ABŞ-ın kürdlər də daxil olmaqla Suriyanın müqavimət qüvvələrinə qarşı siyasətində hər hansı dəyişikliyin olduğunu inkar edir.

“Bu səbəbdən də biz Türkiyənin bəyanatını yanlış və qeyri-dəqiq hesab edirik. ABŞ ilə Suriya Azad Qüvvələri arasında koordinasiya məsələsinə gəldikdə isə Amerika siyasətinə heç bir dəyişiklik edilməyib, eynilə muxtar demokratik kürd adminsitrasiyası, Suriyanın şimalındakı federal liderlər və demokratik Suriya şurası ilə də siyasi münasibətlər və siyasi koordinasiyada dəyişiklik olmayıb”, deyə muxtar Kürdüstan regionunun xarici işlər üzrə nümayəndəsi Əbdül Kərim Ömər bildirib.

Suriyadakı sıravi kürdlər isə ABŞ-ın dəstəyinin davam edəcəyinə daha skeptik yanaşır.

“Düşünürəm ki, amerikalıların heç bir marağı qalmayanda onlar bir zamanlar YPG-yə verdikləri dəstəyi kəsəcəklər və məzlum insanları diktaturaların ixtiyarına buraxacaqlar. Birləşmiş Ştatların Suriyadakı siyasəti budur”, suriyalı kürd Fais Əhməd söyləyib.

Tramp administrasiyası hələ ki ABŞ-ın Suriya kürdləri ilə gələcək münasibətlərini müzakirə edib-etmədiyinə aydınlıq gətirməyib.

XS
SM
MD
LG