Accessibility links

Tramp: Türkiyə-Suriya sərhədində böyük uğur, Ankaraya qarşı sanksiyalar ləğv edilir


Prezident Donald Tramp Suriyanın şimal-şərqindən kürd qüvvələrinin çıxarılmasından və Türkiyənin onlara qarşı hərbi əməliyyatlarının bitməsindən sonra Türkiyə-Suriya sərhədində "böyük müvəffəqiyyət" əldə edildiyini bildirib.

"Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət. Təhlükəsiz bölgə yaradıldı! Atəşkəs riayət edildi və döyüş tapşırıqları tamamlandı. Kürdlər təhlükədə deyil və bizimlə yaxşı əməkdaşlıq etdilər. İŞİD-in əsir götürdüyü insanlar azad edildi, Təşəkkür edirəm! Ağ Evdən sizi məlumatlandıracağam," Tramp Twitterdə yazıb.

Bundan sonra Ağ Evdə çıxışı zamanı Tramp deyib ki, Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək. ABŞ dövlət başçısı bu qərara Ankaranın atəşkəs razılığının daimi olacağını elan etməsindən sonra gəlindiyini bildirib.

"Xoşagəlməz bir şey baş verməsə, sanksiyalar qaldırılacaq," Tramp deyib.

Çərşənbə axşamı Türkiyə kürdlərin Suriyanın şimal sərhədindən tamamilə çəkildiyini və onlara qarşı hərbi hücumlarını davam etdirməyə "ehtiyac olmadığını" bildirib.

Burada uğur yoxdur, o sadəcə verdiyi bərbad qərar üzündən özünə bəraət qazandırmağa çalışır.
Henry Barkey

Türkiyə bu barədə açıqlamanı Suriyanın şimalındakı kürd döyüşçülərinin bölgəni tərk etmələrinə görə beş gün davam edən atəşkəs razılığının müddətinin bitməsindən bir neçə saat sonra verib.

Kürdlərin əsasını təşkil etdikləri Suriya Demokratik Qüvvələri (SDÜ) ABŞ qüvvələri ilə birlikdə vuruşaraq İŞİD-in məlub edilməsində instrumental rol oynayıblar. Lakin Türkiyə onları ölkə daxilində vuruşan separatistlərlə əlaqəli hesab edərək "terrorist" adlandırır.

SDQ sözçüsü Mustafa Bali Twitterdə Trampa Türkiyənin "hücumunu dayandırdığına görə" təşəkkür ifadə edib. O, qeyd edib ki, ABŞ prezidenti SDQ ilə tərəfdaşlığı davam etdirəcəyinə söz verib.

Prezidentin uğur barədə dedikləri tənqidlə qarşılanıb.

“Burada uğur yoxdur, o sadəcə verdiyi bərbad qərar üzündən özünə bəraət qazandırmağa çalışır,” Lehigh Universitetinin professoru və Xarici İşlər Şurasının Yaxın Şərq üzrə eksperti Henry Barkey bildirib.

ABŞ hərbi qüvvələri Prezident Donald Trampın Türkiyənin Suriyaya hücumundan əvvəl ordunu geri çəkmək planının bir hissəsi olaraq, bazar ertəsi Suriyanın şimal-şərqindən İraqa keçməyə başlayıb. Bəzi təhlilçilər ABŞ-ın Suriyanın bəzi bölgələrindən geri çəkilməsinin yaranmış boşluqda Rusiya kimi ölkələr üçün imkan yaratdığını deyir.

ABŞ qoşunlarının bir hissəsi Suriyanın şimalından İraqa keçərkən kürdlər onlara kartof atıb və təhqirlər yağdırıb. Bəziləri "Get, Amerika yalançısı!" deyə qışqırıb.

Donald Tramp Ağ Evdə əsgərlərin çıxarılmasını müdafiə edib. Həm Demoktarlar, həm də Respublikaçılar bu addımı Birləşmiş Ştatların üzün müddətdir müttəfiqi olan kürdləri tərk edərək, türklərin onları qırmasına imkan verdiyi üçün tənqid edib.

“Biz kürdlərlə işləyirik, kürdlərlə münasibətimiz yaxşıdır, amma biz kürdləri qorumağa söz verməmişik," Tramp cavab verib.

XS
SM
MD
LG