Accessibility links

Tramp Twitter mesajlarını müdafiə edib


ABŞ prezidenti Donald Tramp Twitter sosial media şəbəkəsindən tez-tez istifadə etməsini müdafiə edərək, bunun fikirlərini ictimaiyyətə ənənəvi kütləvi informasiya vasitələrinin filtrindən keçməyərək çatdırmaq imkanı olduğunu deyib.

Tramp sevdiyi sosial şəbəkə olan Twitter-də yazıb: "Saxta ənənəvi kütləvi informasiya vasitələri mənim sosial şəbəkələrdən istifadə etməməyim üçün hər vəchlə çalışır. Onlar mənim insanlara açıq və filtrdən keçirilməmiş mesajlarımı çatdırmağıma nifrət edir."

"Bağışlayın, amma mən CNN, NBC, ABC, CBS, washpost, ya da nytime-a arxalansaydım, mənim Ağ Ev uğrunda qələbə şansım SIFIR olardı", Tramp daha bir mesajında bildirib.

Əslində, Trampın Twitter-də mesajlarının tənqidi ilə onun administrasiyasının işini işıqlandıran jurnalistlər deyil, Trampın yardımçıları və onun Konqresdəki partiyadaşları çıxış edir. Onlar dəfələrlə Trampın günün demək olar hər vaxtında, gecə və ya gündüz sosial şəbəkədə öz fikirlərini ifadə etmək adətindən əl çəkməli olduğunu deyir. Prezidentin bəzi köməkçiləri onun Twitter mesajlarının nə demək olduğunu izah etməkdə çətinlik çəkir.

Bu həftə Twitter-də silsilə mesajlarında Tramp Londonun müsəlman merinin sözlərini konteksdən kənarda şərh edərək, onun Britaniya paytaxtında terror hücumuna reaksiyasını tənqid edib. Tarmp həmçinin mesajlarının birində altı müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a daxil olmasına qoyduğu qadağanın qarşısının alınmasına görə Ədliyyə Departamentindən şikayət edib və ABŞ məhkəmələrini "lənğ və siyasiləşdirilmiş" adlandırıb.

Trampın Twitter-lə bağlı açıqlamalarını onun müşavirlərindən biri olan Kellian Konueyin ABŞ-ın kütləvi informasiya vasitələrini prezidentin sosial şəbəkədə yazdıqlarına həddindən artıq çox diqqət göstərib, onun gördüyü işlərə fikir vermədiyinə görə tənqid etməsindən bir gün sonra verib.

Ağ Evin yüksək səviyyəli milli təhlükəsizlik müşavirlərindən biri olan Sebastian Qorka isə Trampın Twitter mesajlarının əhəmiyyətini azaltmağa çalışıb.

"Bu, siyasət deyil, bu, sosial mediadır", Qorka CNN şirkətinə müsahibəsində deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG