Accessibility links

Tramp Ukrayna və Çini Baydeni təhqiq etməyə çağırdı


AĞ EV – Donald Tramp açıq şəkildə xarici hökumətləri öz siyasi rəqiblərini araşdırmağa çağırır. Prezidentin bu addımı hazırda impiçment sorğularının mərkəzində dayanan məsələni daha da qabardır.

Cümə axşamı Ağ Evin həyətində müxbirin onun Ukrayan prezidenti Volodimir Zelenskidən hansı lütfü xahiş etdiyi barədə sualını cavablandıran Tramp deyib:

Çin Baydenləri araşdırmağa başlamalıdır.
Donald Tramp, ABŞ Prezidenti

“Mən tövsiyə edərdim ki, onlar Baydenləri araşdırmaq üçün təhqiqata başlasınlar.”

Tramp son günlərdə dəfələrlə sabiq vitse-prezident və hazırda Demokrat partiyasından prezidentliyə aparıcı namizəd Co Baydenə hücumlar edərək onu Ukrayna hökumətinə kriminal təhqiqatla bağlı təzyiq qoymaqda ittiham edib. Tramp iddia edir ki, belə bir təhqiqat Baydenin Kyivdə qərargahlanan Burisma enerji şirkətində çalışan oğlu Hanteri ifşa etmiş olardı.

Floridaya yola düşməzdən öncə çıxış edən prezident helikopterinə minməyə hazırlaşan Tramp əlavə edib.

“Çin Baydenləri araşdırmağa başlamalıdır.”

Tramp sabiq vitse-prezident və hazırda prezidentliyə Demokrat iddialı Co Baydenin oğlu Hanteri 2013-cü ildə Çinə səfəri zamanı $1.5 milyard dollar həcmində investisiya cəlb etmək cəhdində günahlandırıb.

"Tramp qorxur ki, mən onu noyabrda çox pis məğlub edəcəyəm." - Co Bayden, prezidentliyə Demokrat iddialı
"Tramp qorxur ki, mən onu noyabrda çox pis məğlub edəcəyəm." - Co Bayden, prezidentliyə Demokrat iddialı

Demokratlar deyirlər ki, Trampın cümə axşamı söylədikləri onun daxili opponentlərinə qarşı öz prezident səlahiyyətlərindən sui-istifadə etməsinin növbəti nümunələridir.

Amerika Respublikadır, əgər saxlaya bilsək.
Adam Şiff (D), Nümayəndələr Palatasında Kəşfiyyat Komitəsinin sədri

“Prezident öz ofisinin səlahiyyətlərindən istifadə edərək xarici liderlərə siyasi opponentlərini araşdırmaq üçün təzyiq göstərə bilməz,” Nümayəndələr Palatasında Kəşfiyat Komitəsinin sədri Adam Şiff Tvitterdə yazıb. Hazırda Konqresdə impiçment səylərinə rəhbərlik edən Demokrat millət vəkili əlavə edib:

“Onun bu səhərki çıxışları işimizin vacibliyinə dəallət edir. Amerika Respublikadır, əgər saxlaya bilsək.”

Tramp və onun müttəfiqləri Baydenlərin qeyri-qanuni nəsə etdiklərinə dair heç bir dəlil təqdim etməyiblər.

Sabiq vitse prezident Nevada ştatında çıxışı zamanı öz reputasiyasını müdafiə edərək Trampa mesaj yollayıb:

"Mən Trampa və onun əlaltılarına və mənə hücumları maliyyələşdirən xüsusi maraq dairələrinə bir şeyi aydın etmək istəyirəm - Mən heç hara gedən deyiləm. Sən məni məhv etməyəcəksən. Və sən mənim ailəmi məhv etməyəcəksən. Nə qədər pul xərcləsən, yaxud nə qədər çirkin hücumlar etsən də."

XS
SM
MD
LG