Accessibility links

Tramp Ukrayna prezidentindən Baydenlə bağlı təhqiqat aparmağı xahiş edib, Demokratlar impiçmentə çağırır


Tramp administrasiyasının çərşənbə axşamı yaydığı ABŞ prezidenti Donald Trampın iyul ayında Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığının xülasəsində göstərilir ki, Tramp Zelenskini sabiq vitse-prezident Co Baydenin oğlunun işlədiyi şirkətlə bağlı təhqiqata son qoyub-qoymadığını araşdırmağa çağırıb.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi çərşənbə axşamı Demokratların nəzarətində olan palatanın rəsmi impiçment araşdırması başlatdığını elan edib və altı komitəyə prezidentin əməllərini təhqiq etmək barədə göstəriş verib.

Prezidentin indiyədək əl atdığı hərəkətlər ciddi şəkildə Konstitutsiyanı pozub. Prezident cavabdeh tutulmalıdır. Heç kəs qanundan yüksəkdə deyil.
Nensi Pelosi, Nümayəndələr Palatasının Spikeri


Demokratlar Trampı prezidentliyə Demokrat namizəd Baydeni 2020-ci ildə keçirilən seçkidən öncə ləkələmək üçün Ukraynadan yardım istəməkdə ittiham edib.

Ədliyyə Nazirliyinin yaydığını xülasədə Trampın “Baydenin oğlu barədə çoxlu söz-söhbət var, Baydenin istintaqı dayandırdığı deyilir və insanlar bununla bağlı məlumat əldə etmək istəyir. Siz baş prokurorla bu məsələ barədə nə isə edə bilsəniz çox gözəl olar” dediyi bildirilir.

“Bayden ətrafda istintaqı dayandırdığına görə lovğalıq edir… bunu araşdıra bilərsiniz?...Bu mənim qulağıma çox pis səslənir,” telefon danışığının stenoqramına əsasən Tramp deyib.

Telefon danışığı Tramp ABŞ hökümətinə Amerikanın Ukraynaya $291 milyon dollarlıq yardımını müvəqqəti dayandırmasna dair göstəriş verməsindən sonra baş tutub.

Telefon danışığı Volodımir Zelenski Ukrayna prezidenti seçildikdən az sonra baş verib.
Telefon danışığı Volodımir Zelenski Ukrayna prezidenti seçildikdən az sonra baş verib.

İstintaq Nümayəndələr Palatasında impiçment maddələrinin qəbul edilməsinə gətirib çıxara bilər ki, bu da öz növbəsində Senatda Trampın vəzifədən kənarlaşdırılması ilə bağlı səsvermə ilə nəticələ bilər.

“Trampın prezident kimi etdiy əməllər prezidentin vəzifəyə gələrkən içdiyi anda, milli təhlükəsizliyimizə və seçkilərimizin dürüstlüyünə xəyanət etməsidir,” Pelosi çərşənbə axşamı bildirib.

ABŞ Konstitusiyasına əsasən Nümayəndələr Palatası prezidenti “ağır cinayət və nöqsanlara” görə impiç etmək səlahiyyətinə malikdir. İndiyədək heç bir prezident impiçment vasitəsilə vəzifəsindən kənarlaşdırılmayıb.

Pelosinin çıxışından az sonra Tramp Tvitterdə reaksiya verərək baş verənləri “PREZİDENT QISNAMASI!” adlandırıb. O, Demokratları "cadugər ovuna" çıxmaqda ittiham edərək bu növ fəaliyyətlərin ölkə üçün “pis” olduğunu vurğulayıb.

Hazırda Nümayəndələr Palatasına Demokratlar nəzarət edir, Trampın mənsub olduğu Respublikaçılar Partiyası isə Senata nəzarət edir.

2009-cu ildən 2013-cü ilədək ABŞ-ın vitse-prezidenti vəzifəsində xidmət göstərən Bayden prezidentliyə demokrat namizədlər arasında ən öndə gedəndir.

Tramp 2020-ci ilin noyabr ayında keçiriləcək seçkidə yenidən namizədliyini irəli sürəcək.

Birləşmiş Ştatlar Rusiya 2014-cü ildə Krmı ilhaq edəndən bəri Ukraynanı hərbi yardımla təmin edir.

Tramp bazar günü Bayden və Baydenin Ukrayanda qaz çıxaran şirkətdə işləyən oğlu Hanteri Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə etdiyini etiraf edib.

"Bu hərəkət səlahiyyətdən sui-istifadədir və prezidentliyin hər elementar normasına ziddir." - sabiq vitse-prezident və prezidentliyə Demokrat iddialı Co Bayden
"Bu hərəkət səlahiyyətdən sui-istifadədir və prezidentliyin hər elementar normasına ziddir." - sabiq vitse-prezident və prezidentliyə Demokrat iddialı Co Bayden

O, bazar ertəsi Zelenskini ABŞ-ın hərbi yardımı müqabilində Bayden və onun oğlu ilə bağlı istintaq aparmağa çağırdığını inkar edib.

Bu məsələ ABŞ-ın kəşfiyyat orqanlarının bir işçisinin Trampın Zelenski ilə telefon danışığı ilə bağlı daxili orqanlara şikayət etməsindən sonra gündəmə gəlib. Federal qanunlara əsasən, bu cür şikayətlər Konqresə açıqlanmalıdır, lakin Tramp administrasiyası bunu rədd edib.

Sabiq vitse-prezident Bayden deyib ki, əgər Tramp Ukrayna ilə bağlı mbütün məlumatların açılqanması ilə bağlı Konqresin tələbinə riayət etməsə onda "Donald Tramp Konqresə impiçmentdən başqa seçim qoymayacaq."

"Bu, Demokrat yaxud Respublikaçı məsələsi deyil. Bu ümummilli məsələdir." Bayden deyib. "Bu, səlahiyyətdən sui-istifadədir. Söhbət milli maraqları şəxsi maraqlardan öndə tutmaq borcu olan prezident məsuliyyətindən gedir."

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG