Accessibility links

Tramp uyğurları təqib etdiyinə görə Çinə qarşı sankiyalara çağıran qanun layihəsini imzalayıb


Çərşənbə günü ABŞ prezidenti Donald Tramp uyğurlara qarşı repressiyalara görə Çinə qarşı sanksiyalara çağıran qanunvericiliyi imzaladıqdan sonra Çin ABŞ-ı cavab tədbiri görməklə təhdid edib. Bu, Trampın keçmiş milli təhlükəsizlik müşaviri yeni kitabında keçmiş Trampın uyğurların kütləvi həbslərini təqdir etdiyini iddia etməsindən sonraya təsadüf edib.

Konqresin yalnız bir "xeyr" səslə qəbul etdiyi qanun layihəsi Çinin müsəlman azlığına təzyiqlərə cavabdeh olanlara qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutur və bununla Çinə insan haqlarına dair güclü mesaj göndərmək məqsədi daşıyır.

BMT Sincan bölgəsindəki düşərgələrdə bir milyondan çox müsəlmanın saxlandığını təxmin edir. ABŞ Dövlət Departamenti Çin rəsmilərini müsəlmanlara işgəncə verməkdə, zorakılıq tətbiq etməkdə və "mədəniyyətlərini və dinlərini məhv etməyə çalışmaqda" ittiham edib.

Bütün bu ittihamları rədd edərək, düşərgələrdə peşə təlimi verildiyini və ekstremizmə qarşı mübarizədə buna ehtiyac duyduğunu deyən Çin qanunun imzalanmasına hiddətlə cavab verərək, bunun Sincandakı insan haqları vəziyyətinə "böhtan" atdığını və Çinə qarşı qəsdən edilən bədniyyətli bir hücum olduğunu deyib.

"Biz ABŞ tərəfini bir daha səhvlərini düzəltməyə və Sincanla əlaqədar olan bu qanundan Çinin maraqlarına zərər verməyə və Çinin daxili işlərinə qarışmaq üçün istifadə etməyə son qoymağa çağırırıq" deyə, Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Əks təqdirdə Çin qətiyyətli şəkildə əks-tədbrlər görəcək və bunun nəticələrinə görə təkcə Birləşmiş Ştatları məsuliyyət daşıyacaq," nazirlik bildirib.

XS
SM
MD
LG