Accessibility links

Tramp və Ərdoğan Türkiyənin Moskvadan raket sistemi almasını müzakirə edib


Donald Tramp və Rəcəb Tayyib Ərdoğan
Donald Tramp və Rəcəb Tayyib Ərdoğan

Türkiyə və Birləşmiş Ştatların liderlərinin arasında çərşənbə günü aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Onların görüşü iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxta təsadüf edib.

Donald Tramp və Rəcəb Tayyib Ərdoğan Ağ Evdə aparılan danışıqları “produktiv və səmimi” adlandırıb.

“Türkiyənin Rusiyanın S-400 kimi təkmilləşdirilmiş döyüş silahlarını alması bizim üçün ciddi çətinliklər yaradır”, Tramp Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

“Ümid edirəm ki, biz bu vəziyyəti həll edəcəyik”, o əlavə edib.

S-400
S-400

Türkiyənin Moskvadan S-400 raket sistemini alması Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Əks Tədbir Aktını pozur. Bu akt Rusiyadan böyük hərbi avadanlıqlarının alışını qadağan edir.

Bu, həmçinin Birləşmiş Ştatların NATO müttəfiqini F-35 proqramından kənarlaşdırmasına gətirib çıxarıb.

Ərdoğan S-400 və F-35 məsələlərinə istinadən deyib: “Biz yaşadığımız çətinlikləri yalnız dialoq vasitəsilə həll edə bilərik”.

Türkiyə lideri həmçinin bildirib ki, əgər Amerikanın PatrioT raket müdafiə sisteminin qiyməti münasib olsa, Türkiyə ordusu onu ala bilərdi.

Hər iki ölkənin rəsmisi bu mühüm məsələni həll etmək üçün əlavə yüksək səviyyəli danışıqların planlaşdırıldığını bildirib.

Ərdoğan bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə Amerika təyyarələrini ala bilməsə Moskvadan SU-57 və SU-35 döyüş təyyarələrini almağı müzakirə edib.

Bu addım Türkiyənin ABŞ-ın başçılıq etdiyi NATO ittifaqına üzvlüyü təhlükə altına ala bilər.

Tramp çərşənbə axşamı keçirilən mətbuat konfransında bu məsələyə toxunmayıb və Türkiyənin möhtəşəm NATO tərəfdaşı olduğunu söyləyib.

Bu həftənin əvvəli hər iki partiyadan konqresmenlər Trampa Türkiyə prezidenti ilə görüşünü ləğv etməyə çağıran məktub ünvanlayıb. Onlar buna səbəb olarak Ərdoğanın Suriyadakı “fəlakətli” əməllərini və S-400 sistemini almasını göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG