Accessibility links

Tramp və Bayden milyonlarla amerikalının tez zamanda immunizasiyasını vəd edir


Bir-birindən 160 kilometr, lakin daha geniş siyasi məsafədə olan ABŞ prezidenti Donald Tramp və yeni seçilmiş prezident Co Bayden çərşənbə axşamı eyni vaxtda koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunan tədbir keçirib.

Tramp Ağ Evdə "ilk növbədə" amerikalıların koronavirus peyvəndinə əldə etmək imkanını təmin etmək üçün sərəncam imzalasa da, bunun necə tətbiq ediləcəyi bəlli deyil.

"Bu sərəncamla Səhiyyə və Sosial Xidmətlər katibinə amerikalıların COVID-19 peyvəndlərini əldə etmə prioritetini təmin etmək tapşırığı verilib" - deyə, Ağ Ev detalları açıqlamadan bildirib.

Sənədi imzalamaqdan əvvəl prezident federal hökumətin Operation Warp Speed (Səsdən sürətli əməliyyat) peyvəndi paylama qrupunun üzvləri və onun koronavirus üzrə işçi qrupuna kütləvi peyvənd planları ilə bağlı müraciət edib.

"Önümüzdəki bir neçə ayda bu virusa yoluxanların sayı sürətlə azalmalıdır. Bu, müasir təbabətin ən böyük möcüzələrindən biridir" – deyə, Tramp qeyd edib.

Delaver ştatının Vilminqton şəhərindəki teatrda danışan Bayden ABŞ-da COVID-19-a yoluxma və xəstəxanalara yerləşdirilmə hallarının rekord səviyyəyə çatdığı bir vaxt daha az nikbin idi.

"Bir ölkə olaraq biz bu pandemiya ilə elə uzun müddətdir yaşayırıq ki, bunun hamımız üçün təsirlərinə biganə qalmaq riski ilə qarşılaşırıq. Biz heç bir şey edə bilmədiyimiz fikri ilə barışmışıq. Ölümü, ağrını və kədəri qəbul etməli olduğumuza görə bir-birimizə etibar edə bilmirik” – deyə, yeni seçilmiş president Co Bayden bildirib.

Administrasiyasının ilk 100 günü ərzində 100 milyon peyvəndin tətbiq ediləcəyini vəd edən Bayden bunun virusu yox etmək üçün kifayət etməyəcəyini, ancaq “xəstəliyin gedişatını dəyişdirə biləcəyini” deyib.

Bayden deyib: “Yeni prezident olaraq birbaşa Amerika xalqı ilə danışacağam. 100 gün ərzində maska taxın. Özünüzə, ailənizə və cəmiyyətinizə kömək edin. Biz vəzifəyə başladığız vaxtdan 100 gün maska taxın”.

Tramp müxbirlərdən birinin yeni seçilmiş prezidentin səhiyyə komandasının üzvlərinin çərşənbə axşamı Ağ Evdəki tədbirə niyə dəvət edilməməsi ilə bağlı sualına cavabında Baydenin 2021-ci il yanvarın 20-də inaqurasiyası üçün təyin olunduğu gün vəzifəsinə başlayacağına dair zəmanətin olmadığında israr etməyə davam edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG