Accessibility links

Tramp və media üçün daha bir səs-küylü il sona çatır


Tramp və media üçün daha bir səs-küylü il sona çatır
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Tramp və media üçün daha bir səs-küylü il sona çatır

Altı ay əvvəl qəzetin bir xəbərinə qəzəblənən silahlı şəxs Capital qəzetinin beş əməkdaşını öldürür. Lakin, qəzetin redaktoru üçün iş davam edir.

"Bizim etdiyimiz bu ölkə üçün, öz yaşam tərzimiz üçün çox mühümdür." - deyə, qəzetin redaktoru Rik Hatzel bildirib.

Merilend ştatının Annapolis şəhərində yerləşən bu qəzetin heyyəti işlərinə görə öldürülən və ya həbs olunan digər jurnalistlərlə birlikdə Time jurnalı tərəfindən elan edilən 2018-ci İlin Adamları siyahısında yer alıblar.

Birləşmiş Ştatlar ilk dəfə olaraq "Sərhədsiz Reportyorlar" tərəfindən jurnalistlər üçün ən ölümcül ölkələrin siyahısına daxil olub.

Oktyabr ayında Tramp tərəfdarı CNN-ə və prezidentin siyasi opponentlərin evinə bağlamalar şəklində bomba göndərmişdi. Tənqidçilər prezident Donald Trampı medianı "xalqın düşməni" adlandıraraq gərginliyi daha da pisləşdirməkdə günahlandırır.

Prezident və tərəfdarları onun sözlərinin şiddətə səbəb olduğuna dair ittihamları rədd edir.

"Medianın davamlı ədalətsiz işıqlandırması, düşmənçilik və mənfi hücumları. Özünüz də bilirsiniz ki, siz ancaq insanları bölmək və sağlam mübahisələri pozmağa xidmət edirsiniz." - deyə, Tramp bildirib.

Tramp bu məsələdə xüsusilə CNN-ni seçib. Ötən ay mətbuat konfransı zamanı söz atışmalarından sonra CNN müxbiri Cim Akostanın akkreditasiyası ləğv edilmişdi.

CNN isə Ağ Evi məhkəməyə verərək, Cim Akostanın akkreditasiyasını bərpa etməyə nail olur.

Trampı ənənəvi kommunikasiya vasitələrindən deyil, Twitter-dən istifadə etməsi də başqa bir çətinlikdir.

Siz Amerika Birləşmiş Ştatlarının prezidentinin yüksək səviyyəli köməkçi ilə danışa bilərsiniz və siyasətlə bağlı çox ciddi sual soruşa bilərsiniz. Bu şəxs də sizə administrasiyanın reaksiyası ilə bağlı danışa bilər. Lakin sonda mütləq deyəcək ki, hələ müdir bu haqda tvit yazmayıb." - deyə, Ağ Ev müxbirlər assosiasiyasının üzvü Oliver Noks bildirib.

Ağ Ev bildirib ki, Tramp media üçün ən çox əlçatan olan prezidentlərdəndir. O vəzifəsindən başladığından bu yada 560 dəfə mətbuatla danışıb. Bu da öz növbəsində onun son iki sələfinin eyni dövrü ilə müqayisədə daha çoxdur.

Belə görünür ki, Tramp bu cür əvvəlcədən hazırlanmamış sual-cavabları əvvəlki administirasiyaların günlük olaraq təşkil etdiyi Ağ Ev sözçüsünün mətbuat konfransından üstün tutur. 2018-ci ilin son ayları ərzində Ağ Ev hər ay təxminən bir mətbuat brifinqi keçirib.

XS
SM
MD
LG