Ağ Ev bildirir ki, prezidet Donald Tramp çərşənbə günü özünü prezident elan etmiş müxalifət lideri Xuan Quaydoyla telefon danışığı zamanı Venesuelada demokratiyanı bərpa etmək səylərinə “dəstəyini” ifadə edib.
Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, Tramp və Quaydo həmçinin Venesuelada sabitliyin bərpa olunması üçün mütəmadi danışıqları davam etdirməyə və iki ölkə arasında ikitərəfli münasibətləri bərpa etməklə bağlı öhdəliklərini dilə gətirib.
Tramp çərşənbə tvit ataraq müxalifəti təbrik edib. O həmçinin Venesuela prezidenti Nikolas Maduronun ölkədəki siyasi böhranı həll etmək üçün Quaydonun müxalifət hərəkatının üzvləri ilə danışıqlar aparmaq təklifinə görə özünə xal qazandırıb.
Tramp deyib ki, ABŞ-ın sanksiya tətbiq etmək, o cümlədən Venesuelanın neft gəlirlərinin azalması təhlükəsi Maduronun mövqeyində yumşalmaya səbəb olub.
Lakin prezident hələ də amerikalılara "növbəti bildirişə"dək Venesuelaya səfər etməmək barədə xəbərdarlıq edir.