Accessibility links

Tramp və qubernatorlar - iqtisadi fəaliyyətin bərpası kimin səlahiyyətindədir


Tramp və qubernatorlar - iqtisadi fəaliyyətin bərpası kimin səlahiyyətindədir
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Birləşmiş Ştatlar iqtisadiyyatı nə vaxt yenidən fəaliyyətə başlayacaq? COVID-19 xəstəliyinin Amerikanın bir çox yerlərində yayıldığı vaxt siyasətçilər, iqtisadçılar və həkimlər gələcək həftələrdə insanların evlərindən çıxaraq, işə və məktəbə qayıda bilməsinin nə dərəcədə təhlükəsiz olub-olmadığı məsələsini müzakirə edir. Lakin Amerika iqtisadiyyatının yenidən fəaliyyətini nə zaman bərpa edə biləcəyi müəyyən edilməzdən öncə siyasi liderlər bu qərarın verilməsi üçün kimin səlahiyyəti olduğu ətrafında debat aparır.

1935-ci ildə çəkilmiş “Baunti gəmisində qiyam” filmi gəmi ekipajının kapitanın idarəsinə etiraz olaraq qiyam qaldırdığı haqdadır.

Prezident Donald Tramp yazdığı tvitdə filmin onun ən çox sevdiyi filmlərdən biri olduğunu bildirib və “qiyamçıların kapitandan ehtiyacı olduğu” səhnəsini xüsusi qeyd edib.

Trampın bununla Demokrat qubernatorları nəzərdə tutduğu güman edilir.

Onlar ştatlarında fəaliyyətlərin nə zaman bərpa olunması qərarını kollektiv şəkildə vermək üçün birləşib.

Nyu York qubernatoru Endrü Kuomo.

“Prezident çox açıq şəkildə bu məsələdə mübarizə aparmaq istəyir. Bütün bu işdə bizim gördüyümüz ən pis iş siyasi bölünmə olardı.”

Nyu York qubernatoru Endrü Kuomo və digər qubernatorlar öz ştatlarında karantin rejiminin tədricən yüngülləşdirilməsi strategiyasını hazırlamaq üçün birgə işləyir.

Prezident Tramp bu qərarın verilməsinin bütünlüklə onların səlahiyyətində olmadığını deyir. Tramp Amerikanın Səsinin sualına cavab olaraq, bu məsələdə tam səlahiyyəti olduğunu bildirib.

“Mən bunu sizə sadə şəkildə bildirirəm. Birləşmiş Ştatlar prezidentinin prezident kimi səlahiyyətlərində olduğu işləri görmək səlahiyyətinə malikdir, bu da çox güclü səlahiyyətdir. Qərarı Birləşmiş Ştatlar prezidenti verir.”

Trampın bəyanatı ölkədə fövqəladə vəziyyətdə federal hakimiyyət qarşısında ştat məsələsini gündəmə gətirdi.

Amerika Sahibkarlar İnstitunun təhlilçisi Adam Uayt.

“Prezident Trampın söylədiyi yanlışdır. Prezidentin hətta fövqəladə vaxtlarda istədiyi hər şeyi etmək üçün total səlahiyyəti olduğu kimi bir səlahiyyəti yoxdur.”

Qubernatorlar Miçiqan ştatının qubernatoru Qretçen Uitmer də daxil olmaqla prezidentə cavab verdilər.

“Düyməni basıb həyatı normal vəziyyətə qaytara biləcək heç kəs ola bilməz, amma bu şəraitdə düymə yoxdur.”

Pandemiya dövründə federal hökumət ştatların öz vətəndaşlarını qoruya bilməsinə yardım məqsədilə onları təchizat və resurslarla təmin edib. Qanunvericirilər iqtisadiyyata yardım üçün 2 trilyon dollarlıq yardım paketi qəbul edib.

Lakin qubernatorlar və merlər əhalinin karantinə alınması və bizneslərin bağlanması da daxil olmaqla, ictimai səhiyyə və təhlükəsizlik məsələlərində səlahiyyətə malikdir.

Amerika Sahibkarlar İnstitunun təhlilçisi Adam Uayt.

“Prezidentin iqtisadiyyatın yaxşılaşdırılmasını üçün hər cür stimulu var. Onun bunu etməsi üçün böyük maliyyəsi var. Buna görə də o, məhdud iqtisadi şəraitdə insanların karantində saxlanması və təhlükəsizliyin təmin edilməsi baxımından ön cəbhədə olan qubernatorlar və merlərdən fərqli bir mövqedədir.”

Ölkə iqtisadiyyatının tədricən normal fəaliyyətinə qaytarılması qərarının kmin çıxaracağı ətrafında fikir ayılıqlarına baxmayaraq, Trampın baş səhiyyə eksperti olan Entoni Fauçi deyir ki, virus öz vaxtını özü məüyyən edəcək.

ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi.

“Fikrimcə, bu icmalarda iqtisadi fəalliyyətin bərpasına necə başlanması məsələsi bizim nə baş verəcəyini bildiyimiz şeylərin qarşısını almaq qabiliyyətindən asılı olacaq. Mən sizi əmin edirəm ki, bir az geri çəkilən kimi yoluxmalar olacaq. Burada məsələ infeksiyanın öhdəsindən necə gələ biləcəyinizdən asılıdır.”

Tramp ölkənin bəzi hissələrində faəliyyətin mayın1-dən etibarən bərpasını nəzərdən keçirir. Doktor Fauçi buna həddən artıq nikbinlik kimi baxır.

XS
SM
MD
LG