Accessibility links

Tramp və Tereza Mey iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək istəyir


Trump
Trump

Britaniyanın baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Tramp Londonda görüş keçirib.

Hər iki lider iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək istədiklərini bildirib.

Dəyirimi masa görüşündə Tramp tərəflərin çox əhəmiyyətli və ədalətli ticarət razılaşmasına nail ola biləcəklərini deyib.

Mey öz növbəsində bildirib ki, Britaniya və ABŞ iqtisadi əməkdaşlıqlarını ikitərəfli ticarət razılaşması ilə genişləndirə bilər və onun hökuməti azad və açıq bazar siyasətinə inanır.

Biznes liderləri ilə görüşdə onlarla qabaqcıl İngiltərə və ABŞ şirkətlərinin liderləri iştirak edib.

Biznes liderləri ilə görüşündən əlavə mətbuat konfransından sonra Tramp və Mey ikitərəfli ticarət əməkdaşlığı barədə planları və digər məsələləri müzakirə edəcək.

Daha sonra Tramp və Melaniya şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla ilə şam ziyafətinə qatılacaq.

Bu arada Trampın səfərinin əlehdarları çərşənbə axşamı Londonda nümayişlər keçirib.

Nümayişçilər əllərində plakatlar tutub və Tramp əleyhinə şüarlar səsləndirib.

XS
SM
MD
LG