Accessibility links

Tramp vəkili Maykl Kohenə qanunu pozmasına göstəriş vermədiyini bildirib


ABŞ prezidenti Donald Tramp sabiq vəkili Maykl Kohenə iki qadının susdurulması üçün pul ödəməsinə göstəriş vermədiyini bildirib.

Prezident Twitter şərhində bildirib ki, 12 il ona çalışan bir şəxs qanunu bilməli idi. O deyib ki, buna məsləhətçi məsləhəti deyirlər. Tramp vəkilin səhvlərinin məsuliyyətini daşımalı olduğunu və buna görə onlara pul ödənildiyini deyib.

Maykl Kohen çərşənbə günü Nyu-York məhkəməsinin hakiminə günahkar olduğunu deməsindən sonra üç illik həbsə məhkum edilib.

Hakim Vilyam Pauli Koheni bir sıra cinayətlərə görə ittiham edərək, onun həbsinə dair hökm çıxarıb. Buraya Trampla intim əlaqədə olduqları deyilən iki qadına 280 min dollar məbləğində pul ödəmək və Konqresə Trampın Moskvada göydələn inşa etmək planları haqda yalan söyləmək daxildir.

Hakim 52 yaşlı Kohenə “əxlaqi dəyərləri” itirdiyini deyib.

Kohen həmçinin Trampın 2016-cı il seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələrə dair təhqiqat çərçivəsində Trampın daxili çevrəsində ona ən yaxın adamlar arasında həbsə məhkum edilmiş ilk şəxsdir.

Kohen bir zamanlar onu dəstəkləmək üçün “güllə almağa belə hazır olduğunu” deyib. Lakin son zamanlar o, Trampdan üz döndərərək, ona hökm verilən zaman Tramp üçün işləməsinin onun üçün “şəxsi və əqli sıxıntı” olduğunu deyib.

Maykl Kohen
Maykl Kohen

Trampa yaxın daha bir neçə tanınmış fiqur, o cümlədən, onun kampaniyasının keçmiş meneceri və onun ilk milli təhlükəsizlik müşaviri hələlik müxtəlif ittihamlar əsasında məhkum olmayıb.

Kohenin vəkillərinin onun həbs edilməsini istəmədikləri bildirilib. Lakin Kohen bütün cinayətlərə görə məsuliyyəti öz üzərinə götürərək, Trampa olan sədaqətinin onu “qaranlığa apardığını” deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG