Accessibility links

Tramp: Vaşinqton Hindistanla Pakistan arasında gərginliyi azaltmağa çalışır


Tramp: Vaşinqton Hindistanla Pakistan arasında gərginliyi azaltmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:13 0:00

ABŞ prezidenti Donald Tramp Hanoyda müxbirlərə bildirib ki, Birləşmiş Ştatlar nüvə silahlarına sahib iki cənubi asiya rəqibi Hindistan və Pakistan arasında gərginliyi azaltmağa çalışır. Onun bu sözləri iki ölkə arasında gərginliyin artmasından, hava qüvvələri arasında toqquşmanın baş verməsindən və müharibənin başlayacağına dair nahatlıqların artmasından bir neçə gün sonraya təsadüf edib.

Mən narahatam ki, biz gərginliyin çox yüksək olduğu bir vaxta Hindistanla Pakistan arasında etibarlı və neytral vasitəçi olmaq imkanımız yoxdur.
Maykl Kuqelman

Hindistan və Pakistanda milyonlarla insan hərbi toqquşmaların nəzarətdən çıxacağından narahatdır.

Hanoyda Şimali Koreya lideri ilə sammit keçirən prezident Donald Tramp deyib ki, ABŞ vəziyyəti sakitləşdirməyə çalışır.

“Məncə bu, Pakistan və Hindistandan gələn yaxşı xəbərdir. Onlar bir-birilərinə hücum edirlər, biz isə onların qarşılarını almağa çalışırıq. Ümid edirəm ki, buna artıq son qoyular”, Donald Tramp söyləyib.

Pakistanın baş naziri İmran Xan deyib ki, ölkəsi çərşənbə günü havada vurularaq əsir alınan hindistanlı pilotu “sülh jesti” olaraq geri qaytarıb. O həmçinin Hindistana başqa addım atmaması barədə xəbərdarlıq edib.

“Mən bu kürsüdən Hindistana demək istəyirəm ki, ‘əlavə addım atmayın’, çünki Hindistan hücum etsə, biz cavab verməliyik”, o bildirib.

Hindistanın baş naziri Narendra Modi partiyasının işçiləri önündə çıxış edərək bütün ölkəni ordunu dəstəkləməyə çağırıb.

“Terrorçular hücum edəndə, onların məqsədlərindən biri bizim inkişafımızın, xalqımızın qarşısı almaqdır. Hər bir hindistanlı onların qarşısında divar kimi, qaya kimi dayanmalıdır”, Narendra Modi söyləyib.

Hindistanlı pilot
Hindistanlı pilot

Hanoydan geri qayıdan dövlət katibi Mayk Pompeo deyib ki, o, gecə boyu hər iki ölkənin lideri ilə danışıb və aralarında düzgün məlumat mübadiləsinin olduğundan əmin olub. O hər iki ölkəni riski artıracaq attım atmaqdan yayınmağa çağırıb.

Ekspertlər deyir ki, keçmişdə hər iki ölkə çətin zamanlarda ABŞ-dan yardım gözləyib, amma Tramp administrasiyası keçmiş administrasiyalardan fərqlidir.

“Mən narahatam ki, biz gərginliyin çox yüksək olduğu bir vaxta Hindistanla Pakistan arasında etibarlı və neytral vasitəçi olmaq imkanımız yoxdur”, Uilson Mərkəzindən Maykl Kuqelman deyib.

ABŞ qanunvericiləri Amerikanın Səsinə bildirib ki, onlar da çox narahatdır və həm Hindistan həm Pakistanı təmkinli davranmağa çağırır.

XS
SM
MD
LG