Tramp administrasiyası şəhərin koronavirusla bağlı narahatlıqlarına baxmayaraq şənbə günü Vaşinqtonda Müstəqillik Günü münasibətilə atəşfəşanlıq keçirməyi planlaşdırır.
Daxili işlər naziri Deyvid Bernhardt 4 iyul şənlikləri planlarını açıqlayıb. Bu planlara bir millik bir yol boyunca 10 min ədəd fişəngin atılması daxildir.
Bernhardt açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin hava üzərində “tayı-bərabəri olmayan şou” həyata keçirəcək. O həmçinin prezident Donald Trampın 2020-ci ildə keçirəcəyi ‘Salute to America’ tədbirinin hərbidəki qadın və kişilərə həsr olunacağını deyib.
Daxili İşlər nazirliyinin rəsmiləri deyir ki, onlar şənlikdə iştirak edən insanlar üçün 300 min maska hazırlayıblar. Lakin iştirakçıların maska taxmağa məcbur edilib-edilməyəcəyi bəlli deyil.
Bernhardt şənlik iştirakçılarının maska taxıb, bir-birilərindən 1.5 metr məsafə saxlamağa təşviq ediləcəklər.
Vaşinqtonun meri Muriel Bouser bu planları tənqid edərək deyib ki, onlar müəyyən olunan sağlamlıq qaydalarına ziddir.
O, tədbirin federal əmlak üzərində keçiriləcəyini qeyd edib. Bu isə o deməkdir ki, onun tədbiri ləğv etmək haqqı yoxdur.
Bouser şəhər sakinlərini bpyük izdihamlardan uzaq durmağa və 4 iyulu evlərinə yaxın yerlərdə qeyd etməyə çağırıb.
Prezident Donald Tramp və birinci xanım Melania Tramp şənbə günü Ağ Evdə də tədbirlər keçirməyi planlaşdırır.
Bir çox ABŞ şəhərləri bu il pandemiya səbəbilə atəşfəşanlıqları təxirə salıb.
Şənlik etmək isətyən amerikalıların bir neçə populyar çimərliklərə getməsi qadağan olunacaq.
Koronavirus hallarının tədricən azaldığı ABŞ-ın şimal-şərqində çimərliklər açıqdır. Lakin hökümət rəsmiləri insanları izdihamlardan uzaq durmağa çağırır.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi çimərliyə gedən insanlara üz maskası taxmağı məsləhət görür.