Accessibility links

Emmet Flod Trampın hüquqşünaslar komandasına daxil olacaq


Sabiq ABŞ prezidenti Bill Klintonu impeçmentdən müdafiə etməyə çalışan vəkilin prezident Trampın hüquqşünaslar komandasına qoşulacağı gözlənilir.

Emmet Flod Tay Kobbu əvəz edəcək.

Ağ Evin mətbuat katibi deyib ki, prezidentin dostu olan Kobb gözəl işlər görüb. Kobb bu ayın sonunda təqaüdə çıxacağını söyləyib.

Vəkil dəyişikliyi xüsusi prokuror Rober Müllerin prezidenti sorğu-sual etmək istədiyi vaxta təsadüf edir.

Trampın bəzi vəkiləri ona Müllerin suallarını cavablandırmamağı tövsiyə edib, çünki onlar Trampın bu sorğu-sualda tələyə salınacağından narahatdır.

Bu yaxınlarda Trampın hüquqşünaslar komandasına daxil olan Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani The Washington Post qəzetinə bildirib ki, prezident xüsusi prokuror tərəfindən "iki-üç saat ərzində məhdud suallar çərçivəsində" sorğu-sual edilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG