Accessibility links

Tramp Venesuela böhranı haqda: Bütün variantlar masa üzərində qalır


Tramp Venesuela böhranı haqda: Bütün variantlar masa üzərində qalır
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Tramp Venesuela böhranı haqda: Bütün variantlar masa üzərində qalır

ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya öz hərbi personalını Venesueladan çıxarmalıdır. Tramp bu açıqlamaları Ağ Evdə Venesuela müxalifətinin lideri, özünü keçid dövrü prezidenti elan etmiş Xuan Quaydonun xanımı Fabiana Rozalesi qəbul edərkən verib. ABŞ prezidenti eyni zamanda Venesuelada böhranın həlli üçün bütün variantların masa üzərində olduğunu bir daha təkrar edib. Amerika Birləşmiş Ştatları dünyanın bir sıra ölkələri ilə yanaşı Xuan Quaydonu Venesuelanın lideri kimi tanıyır.

Keçən həftə sonu paytaxt Karakasda enən Rusiya hərbi hava qüvvələrinin iki təyyarəsində Rusiya müdafiə nazirliyinin rəsmiləri və 100-yə yaxın hərbçinin gətirildiyi bildirilir.

Birləşmiş Ştatlar və onlarla başqa ölkə müxalifət lideri Quaydonun hakimiyyətə gəlməsi məqsədilə Venesuela lideri Nikola Maduronun hakimiyyətdən getməsi üçün təzyiq göstərir.

ABŞ prezidenti Donald Tramp.

“Rusiya çıxmalıdır. Sizin növbəti sualınız nədir?”

Moskva Maduroya dəstək verdiyi halda, Tramp hərbi variant da daxil olmaqla, “bütün variantların masa üzərində olduğunu” bildirib. Tramp bunu Ağ Evdə müxbirlərin Birləşmiş Ştatların rusların çıxması üçün ölkəyə hərbi qüvvə göndərmək istəyib-istəmədiyi barədə sualını cavablandırarkən deyib.

Amerika prezidenti həmçinin Fabina Rozalesi ABŞ-ın məsələlərin həlli üzərində işləyəcəyinə əmin edib, eyni zamanda Maduronu Venesuelaya humanitar yardımın çatdırılması səylərinin baş tutmamasına görə tənqid edib.

“Biz sərhədə yüz milyonlarla dollar dəyərində yardım göndərmişik. O, yardımı almır. O, öz xalqının aclıq çəkməsini yardımı almaqdan üstün tutur. Mən düşünmürəm ki, bu, siyasi baxımdan yaxşıdır, hətta diktatorun nöqteyi-nəzərindən də bunun yaxşı olduğunu düşünmürəm.”

Fabina Rozales öz növbəsində deyib ki, onun ölkəsində uşaqlar elektrik işığı və tibbi təchizatın olmadığı xəstəxanalarda ölür, uşaqların bir hissəsi isə ərzağın olmadığı üçün ölür.

Xuan Quaydo tərəfdarlarını Venesuelada bazar günü ölkədə işığın kəsilməsinə etiraz olaraq nümayişə çağırıb.

XS
SM
MD
LG