ABŞ prezidenti Donald Tramp Venesuelaya hərbi müdaxilənin " bir variant" olduğunu deyib.
CBS xəbər agentliyinə müsahibəsi zamanı Tramp heç bir detal vermədən deyib ki, ABŞ və digər ölkələr prezident Nikolas Maduroya təzyiqlərini və müxalifət lideri Xuan Quaydoya müvəqqəti prezident kimi dəstəyini davam etdirəcək.
Bu ölkə dünya üçün mühüm əhəmiyyət kəsb edən bir bölgədə zəngin bir dövlət idi. İndi baş verən yoxsulluq, kriminal, qəzəbə baxın
ABŞ dövlət başçısı bir neçə ay əvvəl Madorunun onunla görüşmək təklifini rədd etdiyini bildirib. O bunu hər ikisinin mövqeyinin uzaqlığı ilə izah edib. Tramp deyib ki, Quaydonun Venesuelada hakimiyyətə gəlməsi demokratiyanın irəliləməsinin nəticəsidir.
"Bu ölkə dünya üçün mühüm əhəmiyyət kəsb edən bir bölgədə zəngin bir dövlət idi. İndi baş verən yoxsulluq, kriminal, qəzəbə baxın. Düşünürəm ki, nəhəng etiraz aksiyaları bu prosesin təzahürüdür" , prezident əlavə edib.
Venesuela müxalifətinin lideri, Maduronun rəqibi və parlamentin sədri Xuan Quaydo yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.
ABŞ, Kanada, Braziliya və bir şox Latın Amerikası ölkəsi onu müvəqqəti prezident kimi tanıyıb.
Hakimiyyətini qoruyub saxlamağa çalışan Maduro ötən mayda keçirilən qeyri-demokratik seçkidə qalib gələrək ikinci müddətə prezidentliyini elan edib.
Son illərdə milyonlarla venesuelalı hiperinflyasiya, ərzaq və dava-dərman çatışmazlığı ucbatından ölkəni tərk edib.