Accessibility links

Vergi islahatı-Trampın qanunvericilik sahəsində ilk qələbəsi [Video]


Tramp vergi islahatı ilə bağlı qanun layihəsinin qəbulunu məmmuniyyətlə qarşılayıb
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Prezident Donald Tramp ABŞ Konqresinin son 30 ildə ölkədə ən böyük vergi islahatına dair qanun layihəsini qəbul etməsini məmnunluq hissi ilə qarşılayıb. Bu, Trampın prezidentliyi dövrü qanunvericilik sahəsində onun böyük qələbəsi hesab edilir. Qanun layihəsi respublikaçıların yekdil dəstəyi ilə təsdiq edilib. Demokratlar isə qanun layihəsini tənqid edərək, onun zəngin amerikalılar və korporasiyasların mənafelərinə xidmət etdiyini bildirir.

Prezident Tramp Ağ Evdə respublikaçıların alqışları fonunda qələbə ruhunda auditoriyaya müraciət edib.

“Bu, bizim ölkəmizin tarixində və islahatlar arasında ən böyük, mən isə həmişə deyirəm ki, ən geniş həcmli vergi ixtisarıdır.”

Tramp deyib ki, vergi islahatı orta sinif amerikalıların durumunun yüngülləşdirilməsinə və çətinlikdə olan fermerlərin öz fermalarını saxlaya bilməsinə kömək edəcək. Onun sözlərinə görə, vergi islahatı şirkətlərin Birləşmiş Ştatlarda daha çox investisiya qoymağa təşviq edəcək.

“Bu, o demək olacaq ki, şirkətlər geri qayıdacaq və mən şirkətlərimizi bir daha itirməyəcəyimiz məsələsi ilə bağlı kampaniya aparmışam. Onlar bizim ölkədə qalmaqda davam edəcək və siz perspektivdə nə baş verəcəyini görürsünüz.”

Lakin demokratlar qanun layihəsinin Konqresdə ictimai dinləmələr keçirilmədən tələsik qəbul edilməsi və son dəqiqədə düzəlişlərin əlavə edilməsinə etiraz edir. Onlar deyir ki, qanun layihəsində şirkətlərin vergi ödəməmək üçün istifadə edə biləcəyi boşluqlar var.

“Korporasiyalarda indi nağd pul doludur, fond bazarlarında bum var, iş yerləri isə artmır. Vergi imtiyazlarından səhmlərin və dividendlərin alınması üçün istifadə edəcəklərini artıq elan edən şirkətlərə baxın. Bu dividendlərin orta amerikalılara heç bir təsiri yoxdur.”

Senatda demokrat azlığın lideri Çak Şumer deyib ki, adi amerikalılara verilən vergi güzəştləri onların ödəyəcəyi səhiyyə sığortasına sərf olunacaq.

Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelosi isə bildirib ki, qanun layihəsi ən zəngin amerikalıların bir faizinə 80 faizdən artıq imtiyaz verdiyi zaman, 86 milyon işləyən ailələr vergilərin artdığını müşahidə edəcək.

Nensi Pelosi: “İşləyən ailələrə verilən alçaldıcı qırıntılar həm azdır, həm də müvəqqətidir. Korporativ Amerika üçün isə vergi imtiyazları geniş və daimidir.”

Ən yaxın gələcəkdə plana görə vergi ödəyənlərin əksəriyyəti vergilərin azalacağını görəcək, lakin bu ixtisarların müddəti 2025-ci ilə qədərdir. Proqnozlara görə, vergi islahatı ilə ABŞ-ın hazırda təxminən 20 trilyon dollarlıq borcuna növbəti 10 il ərzinə 1 trilyon dollar əlavə ediləcək.

XS
SM
MD
LG