Accessibility links

Tramp vergi islahatının orta sinif ailələri üçün faydalı olacağını deyir


ABŞ prezidenti Donald Tramp deyib ki, əgər respublikaçıların vergi planı qəbul edilsə “hər kəsin xeyrinə olacaq.”

“Məncə bu vergi planı nəticəsində, iş yerləri yaranacaq və ən çox orta sinif ailələri faydalanacaq,” deyə Tramp müxbirlərə bildirib.

Senat və Nümayəndələr Palatasında respublikaçı vasitəçilər uşaqlar üçün ödəlinlən vergi kreditinin artırılmasını tələb edən respublikaçı senator Marko Rubionun dəstəyini alandan sonra cümə günü 1,5 trilyon dollarlıq vergi qanun layihəsinin son versiyasını yekunlaşdırıb.

Respublikaçı qanunvericilər çərşənbə günü Senat ilə Nümayəndələr Palatasının versiyaları arasındaki dəyişiklikləri düzəldib. Konqresin hər iki palatası qanun layihəsi üzərində gələn həftə səs verməyi və daha sonra qanun layihəsini imzalaması üçün Milad günündən öncə prezident Donald Trampa təqdim etməyi planlaşdırır.

Cümə axşamı Rubio aşağı gəlirli ailələr üçün faydalı olan uşaq krediti artırılmasa qanun layihəsini dəstəkləməyəcəyini demişdi. Lakin cümə günü o, vergi islahatını dəstəkləyəcəyini bildirib.

Qanun layihəsinə əsasən, uşaq krediti 1000 dollardan 2000 dollara artırılacaq.

Demokratlar dəstəkləmir

Heç bir demokrat qanun layihəsinə dəstəyini ifadə etməyib. Onlar bu qanun layihəsinin korporasiyalar və ən zəngin vergiödəyicilərinə faydalı olacağını deyir.

Bu qanun layihəsi nəticəsində gələn on il ərzində vergilər 1.5 milyon dollar azalacaq və ölkənin investor və Çin kimi xarici hökümətlərə olan 20 trilyon dollarlıq borcuna 1 trilyon dollar daha əlavə edəcək.

Borc barədə suala Tramp yeni qanun layihəsinin ölkəyə xarici pul axınına gətirib çıxaracağını deyib. “Bu ölkəyə pul gətirəcək. Məsələn, biz düşünürük ki, ölkəyə dörd trilyon dollar daxil olacaq. Bu, illərdir xaricdə ilişib qalan pullardır,” deyə cavab verib.

Tramp administrasiyası rəsmiləri deyir ki, milyonlarla vergiödəyicisinin dövlətə olan borcu azalacaq. Bəzilərinin vergiləri yezlərlə dollar, daha zənginlərin vergiləri isə minlərlər dollar azalacaq.

Qanun layihəsinin ən son versiyasında ən yüksək gəlirli insanların fərdi vergi dərəcəsi 39.6 faizdən 37 faizə düşəcək.

Ölkənin korporativ vergi dərəcəsi 35 faizdən 21 faizə düşəcək. Hazırkı vergi dərəcəsi sənayeləşmiş ölkələr arasında ən yüksək vergi dəcəcəsidir.

Demokrat Doq Cons çərşənbə axşamı Alabamada Senatdakı yer uğrunda keçirilən xüsusi seçkisdə qalib gələndən sonra Senatın azlıq lideri Çarls Şumer vergi ilə bağlı son səvermənin yanvar ayına, Cons vəzifəsinin icrasına başlayanadək təxirə salınmasına çağırıb.

Senatın qanun layihəsinin orijinal versiyasın Rubionun dəstəyi ilə 51-49 səs nisbəti ilə təsdiq olunmuşdu. Bu isə o deməkdir ki, Rubio qanun layihəsinin əleyhinə səs versə, qanun layihəsi yenə də təsdiq oluna bilər.

Əgər təsdiq olunub, qanuna çevrilsə, bu, Trampın 11 aylıq prezidentliyi ərzində əldə etdiyi ilk qanunvericilik nailiyyəti olacaq.

XS
SM
MD
LG