ABŞ prezidentliyinə respublikaçı namizəd orta sinif amerikalıların gəlirlərindən 35 faiz vergi ödəməsini təklif edib.
Noyabr seçkilərində qalib gələrsə ilk 100 gününə dair planını açıqlayan Donald Tramp Konqres nümayəndələrinin vəzifə müddətini məhdudlaşdıracağı, federal işlərə qəbulu və federal qaydaları donduracağını deyib.
Pennsilvaniya ştatının tarixi Gettisburq şəhərində danışan namizəd deyib ki, biz Vaşinqtonda bataqlığını qurudacaq, onu xalqın yeni hökuməti ilə əvəz edəcəyik.
Daşınmaz əmlak maqnatının son debatlar zamanı seçkilərdə məğlub olduğu təqdirdə seçkilərin nəticələrinin tanınmasına dair sualı cavablandırmaması qalmaqala səbəb club. O, daha sonra sual doğuran nəticələrə hüquqi şəkildə etiraz etmək haqqı ilə seçkilərin nəticələrini tanıyacağını deyib.
Tramp bunden əlavə qadınlar haqda nalayiq şərhlərinə görə həm respublikaçı, həm də demokrat olmaqla bir çox seçicinin qəzəbi ilə qarşılaşıb.
Rəy sorğuları Klintona dəstəyik artdığını göstərir
Rəy sorğularına görə Klinton Trampdan 6 xal irəlidədir.
RealClear Politics sorğu şirkətinin hazırladığı xəritiə demokrat namizədə 262, Trampa isə 164 səs verildiyini göstərir.
Bildirilir ki, əgər seçkilər bu gün keçirilsə idi, Klinton 95 faiz səs əldə edərdi.
FiveThirtyEight web səhifəsi Klintonun seçki kollegiyasının 341 səsini, Trampın sə 196 səsini qazandığını bildirir.
Tramp artıq bir neçə həftədir ki, seçkilərin Klintonun xeyrinə saxtalaşdırılacağını iddia edir.
ABŞ prezidenti Barak Оbama Trampın şərhlərini onun prezidentliyə layiq olmadığına daha bir nümunə adlandırıb.