Accessibility links

Sorğu: Tramp veteranların dəstəyi baxımından irəlidədir


ABŞ prezidenti Donald Tramp veteranların dəstəyi baxımından irəlidədir. Son rəy sorğularına görə, veteranların 57 faizi onun baş komandan kimi vəzifəsinin öhdəsindən gəldiyini düşünür.

Respondentlərin hər onundan altısı prezidentin düzgün qərarlar verdiyini bildirib. 48 faiz hesab edir ki, Tramp hərbi qüvvələri daha da gücləndirib.

Pew araşdırma mərkəzinin keçirdiyi sorğuda 1200 veteran iştirak edib.

Mərkəz Amerikada veteranların səsvermə hüququna malik olan amerikalıların 14 faizini təşkil etdiyini bildirir.

Mərkəz veteranların əksəriyyətinin Trampı dəstəklədiyinə baxmayaraq, veteranların siyasi mövqelərini nəzərdən keçirdikdə, onların çoxunun prezidentin rəhbər roluna dair narahatlıqları müşahidə edilib.

Respondentlərin Trampın hərbi liderlərin məsləhətlərini dinləməsinə dair yarı-yarıya parçalanma qeydə alınıb.

Rəyi soruşulanların yarısı prezidentin məsləhətləri nəzərə aldığını, 45 faizi isə onun lazımi qədər buna diqqət vermədiyini hesab edir.

Sorğu iştirakçılarının 30 faizi Trampın nüvə silahlarından istifadəsinə dair mövqeyinə etibar etmədiyini deyib.

Demokratlar və ya demokrat yönümlü respondentlərin yalnız 6 faizi prezidentin baş komandan kimi vəzifəsini yaxşı icra etdiyini bildirib.

Özlərini respublikaçı elan edənlərin 92 faizi baş komandana tam dəstək verdyini deyib.

Pew mərkəzi bildirib ki, 2011-ci il sorğularında da partiyalar arasında kəskin parçalanma müşahidə edilmişdi. O zaman demokratlar sabiq prezident Barak Obamaya daha çox, respublikaçılar isə çox az dəstək vermişdi.

Adi sakinlərdən fərli olaraq veteranlar Trampın ordu ilə bağlı qərarları barədə daha nikbindir.

Araşdırma mərkəzinin 1000-dən artıq yetkin amerikalının iştirakı ilə keçirdiyi soruya görə, onların 41 faizi Trampı baş komandan kimi dəstək verib.

Veteranlar həm də ABŞ dövlət başçısının ordu məsrəflərinin artırılması qərarına dəstək verib. 31 faiz amerikalı isə bunun əleyhinə rəy bildirib.

Trampın Meksika siyasətinə gəlincə, rəyi soruşulanların 58 faizi onun cənub sərhədlərinə qoşun yerləşdirilməsi təklifini dəstəkləyib.

53 faiz prezidentin İranla 2015-ci il nüvə sazişindən çıxmasına müsbət rəy verib.

52 faiz isə Trampın transgenderlərin orduya buraxılmaması səylərini müsbət qiymətləndirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG