Accessibility links

Tramp vitse-prezidenti Türkiyəyə göndərir, administrasiya Suriya siyasətinə görə tənqid olunur


ABŞ Prezidenti Donald Tramp Suriyada başlatdıqları əməliyyata görə Türkiyə rəsmilərinə sanksiyalar elan edib. Eyni zamanda o, vitse-prezident Mayk Pensin rəhbərliyi altında nümayəndə heyətini Türkiyəyə göndərməyi planlaşdırır.

“Məqsədimiz türklərlə səmimi danışılqar aparmaqdır,” deyə Dövlət Departamentinin rəsmsi Pensin səfərinin yaxın vaxtlarda baş verəcəyini bildirib.

ABŞ hökuməti Türkiyəyə polad tariflərini kəskin qaldırıb və $100 milyard dollar həcmində ticarət danışıqlarını dayandırıb.

Prezident Tramp Ağ Ev Türkiyənin öz sərhədlərində bufer zonası yaradacağını və ABŞ əsgərlərini həmin ərazidən çıxaracağını elan etdikdən sonra sərt tənqidlərlə üzləşib.

Həm Demokratlar, həm də Respublikaçılar Tramp administrasiyasını son günlərdə baş verənlərə görə tənqid edərək ABŞ qüvvələrinin ərazidən çıxarılmasının əməliyyatlara zəmin yaratdığını bildirirlər.

Kürdlər İŞİD-in məğlub edilməsində ABŞ-ın başçılıq etdiyi koalisiyaya yardım göstəriblər. Fotoda YPG döyüşçüləri İŞİD-in paytaxt elan etdiyi Raqqada savaşarkən. 3 iyul, 2017.
Kürdlər İŞİD-in məğlub edilməsində ABŞ-ın başçılıq etdiyi koalisiyaya yardım göstəriblər. Fotoda YPG döyüşçüləri İŞİD-in paytaxt elan etdiyi Raqqada savaşarkən. 3 iyul, 2017.

ABŞ hərbçiləri kürd müttəfiqlərin İŞİD-ə qarşı savaşda instrumental rol oynadıqlarını deyirlər

Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi Trampı “dağınıq” qərarlar verməkdə ittiham edərək bunların həyatları və regional təhlükəsizliyi riskə qoyduğunu bəyan edib.

Senatda Respublikaçı çoxluğun lideri Mitç Makkonnell da Trampın qoşunları Suriyanın şimalından çıxarmaq qərarına mənfi münasibət bildirib.

Yüksık rütbəli administrasiya rəsmisi isə Trampa tənqidləri rədd edərək günahın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanda olduğunu deyib.

Ağ Ev rəsmisi bildirib ki, Prezident Ərdoğan "çox çox düşünülməmiş və pis hesablanmış qərarlar verib ki, bunlar onun özü üçün də gözlənilməz fəsadlar” verməkdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG