Accessibility links

Tramp xüsusi prokurorun suallarını hələlik yazılı cavablandırıb


ABŞ prezidenti Donald Tramp prokurorlar tərəfindən riskli üz-üzə sorğu-sual edilməkdən yayınmaq üçün Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsindən xəbərdar olub-olmadığı barədə xüsusi prokurora göndərdiyi yazılı cavabların qənatəbəxş olub-olmadığını öyrənmək üçün gözləyir.

Tramp uzun zaman davam edən bu təhqiqatla ilk dəfədir ki, bilavasitə əməkdaşlıq edib.

Müllerin ofisi Ruisyanın müdaxiləsi ilə əlaqədar suallara yazılı cavabların verilməsinə və qanun pozuntusu ilə bağlı sorğuları hələlik təxirə salmağa razılaşıb.

Prezident ötən həftə müxbirlərə suallara cavabları özünün hazırladığını deyib.

Müller cavablar qənaətbəxş olmadığı halda nəzəri baxımdan hələ də prezidenti məhkəmə qarşısına çıxara bilər.

XS
SM
MD
LG