Accessibility links

Tramp: Xaşuqcinin qətlinə görə ən böyük məsuliyyəti Səudiyyə Ərəbistanının vəliəhdi daşıyır


ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın səudiyyəli dissident və jurnalist Camal Xaşuqcinin “özbaşına hərəkət edən agentlər” tərəfindən öldürüldüyü haqda verdiyi izahata inanmaq istəyir. Lakin o bildirib ki, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda baş vermiş qətl hadisəsinə görə başlıca məsuliyyət şahzadə Məhəmməd bin Salmanın üzərinə düşür.

Tramp bu açıqlamaları The Wall Street Journal qəzetinə verib. “Şahzadə bu mərhələdə orada bütün işləri görür. Orada işləri o aparır və əgər orada kimsə varsa, bu, o olacaq.”

ABŞ lideri bundan öncə çərşənbə axşamı günü deyib ki, Səudiyyə Ərəbistanı rəsmiləri şahzadənin tənqidçisi və Washington Post qəzetinin yazarı Xaşuqcinin ölümünə “tarixdə ən pis şəkildə ört-basdır etməklə” cavab veriblər.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə müxbirlərlə söhbətində səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı açıqlamalar verir, 23 oktyabr, 2018.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə müxbirlərlə söhbətində səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı açıqlamalar verir, 23 oktyabr, 2018.

“Onların ilk konsepsiyaları çox pis idi. Bu işi çox pis bir şəkildə görüblər və tarixdə ən pis şəkildə də ört-basdır ediblər. Çox pis işdi. Amma nə bu qətl baş verməliydi, nə də ört-basdır edilməliydi, çünki ümumiyyətlə belə bir hadisə heç vaxt baş verməməli idi”-deyə Tramp bildirib.

Birləşmiş Ştatlar jurnalist Xaşuqcini susdurmaq üçün zorakılıq yolu ilə belə qəddar hərəkətə dözümlülük göstərməyəcək.
Dövlət katibi Maykl Pompeo

Çərşənbə günü Britaniya ABŞ-a qoşularaq, 59 yaşlı jurnalistin qətlində şübhəli bilinənlərin vizalarını ləğv edib. Birləşmiş Ştatlar və Qərbin bir sıra dövlətləri Ər-Riyada qarşı silah satışlarının dayandırılması da daxil olmaqla, görüləcək cəza tədbirlərini nəzərdən keçirir.

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, vizaların ləğv edilməsi Birləşmiş Ştatlar tərəfindən atılan son addım deyil. “Biz onların məsuliyyətə cəlb edilməsi üçün əlavə tədbirləri nəzərdən keçiririk. Biz tam aydın etmişik ki, Birləşmiş Ştatlar jurnalist Xaşuqcini susdurmaq üçün zorakılıq yolu ilə belə qəddar hərəkətə dözümlülük göstərməyəcək”-deyə, o bildirib.

Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.
Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.

Almaniya kansleri Angela Merkel Ər-Riyada silah satışlarını artıq dayandırıb və təsdiq edilmiş silahların Səudiyyə Ərəbistanına çatdırılıb-çatdırılmamasını nəzərdən keçirir. Britaniyanın baş naziri Tereza Mey deyib ki, Səudiyyə Ərəbistanına silah satışları məsələsi “nəzərdən keçirilir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Xaşuqcinin ölümünə görə məsuliyyət daşıyanların “ədalətdən qaça bilməyəcəklərini” bildirib.

Ankarada danışan Ərdoğan deyib ki, Türkiyə qətlin ört-basdır edilməsinə imkan verməyəcək və cinayətin üstünün açılması üçün dəlillərin tədqim edilməsində şəffaflıq nümayiş etdirəcək.

Ərdoğan çərşənbə axşamı günü Türkiyə parlamenti qarşısında çıxışında səudiyyəli jurnalistin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra qətlinin təfərrüatları ilə bağlı detalları açıqlayıb. Ərdoğan Səudiyyə Ərəbistanının Xaşuqcinin qətlində “özbaşına hərəkət edən agentlər”in məsuliyyət daşıdığı haqda iddiasını rədd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə Ədalət və İnkişaf partiyasının üzvləri qarşısında çıxış edir. 23 oktyabr, 2018.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə Ədalət və İnkişaf partiyasının üzvləri qarşısında çıxış edir. 23 oktyabr, 2018.

O bildirib ki, ABŞ-da fəaliyyət göstərən səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli öncədən planlaşdırılıb və bu əməliyyatın həyata keçirilməsinə göstəriş verən insanlar da daxil olmaqla, onun ölümünə görə məsuliyyət daşıyan hər kəs cəzalandırılmalıdır.

Türkiyə rəsmiləri bildirib ki, Səudiyyə Ərəbistanı Xaşuqcinin qətlə yetirildiyi konsulluğun bağçasında polisin axtarış keçirməsinə icazə verib. Rəsmi Ər-Riyad bundan öncə axtarışın keçirilməsinə icazə verməmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG