Accessibility links

Tramp Xaşuqcinin qətlinin səs yazısını dinləməyəcək


Arxiv fotosu-Camal Xaşuqci müsahibə zamanı, mart, 2018.
Arxiv fotosu-Camal Xaşuqci müsahibə zamanı, mart, 2018.

ABŞ prezidenti Donald Tramp səudiyyəli dissident Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilməsinin səs yazısı ilə tam məlumatlandırıldığını deyib. Lakin o bildirib ki, zorakılığın təsvir edildiyi səs yazısını dinləmək niyyətində deyil.

“Bu, iztirabın təsvir edildiyi səs yazısıdır. Bu, dəhşətli səs yazısıdır”, Tramp bazar günü Fox tele-kanalına bildirib.

“Bu, qəddar, dəhşətli və qorxuducudur”, o deyib.

ABŞ prezidenti Donald Tramp Ağ Evin qarşısında müxbirlərin suallarını cavablandırır, 17 noyabr, 2018.
ABŞ prezidenti Donald Tramp Ağ Evin qarşısında müxbirlərin suallarını cavablandırır, 17 noyabr, 2018.

Tramp şənbə günü bildirib ki, ABŞ hökuməti Xaşuqcinin oktyabrn 2-də qətli ilə əlaqədar nəticələri çərşənbə günü açıqlayacaq. ABŞ Dövlət Departamenti hələlik son nəticələrin çıxarılmadığını bildirib. Lakin ABŞ mediası Mərkəzi Kəşfiyyat Agentliyinin qətlə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman tərəfindən əmr verildiyi haqda nəticəyə gəldiyinə dair məlumatlar verib.

Fox tele-kanalına müsahibə zamanı vəliəhdin ona işlə əlaqəsi olmadığına dair yalan söyləyib-söyləmədiyi sualının cavabında Tramp belə cavab verib: “Mən bilmirəm. Əslində kim bilə bilər? Amma mən bunu deyə bilərəm ki, onun məlumatı olmadığını deyən çox adam var.”

Tramp daha sonra əlavə edib: “O mənə deyib ki, bu işlə heç bir əlaqəsi yoxdur. O mənə bunları bəlkə də müxtəlif vaxtarda beş dəfə deyb, sonuncu dəfə bu, beş gün əvvəl olub.”

Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.
Təhlükəsizlik kameraları səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengizlə Səudiyyə Ərəbistannın İstanbuldakı konsulluğu qarşısında görüntülərini qeydə alıb.

Səudiyyə Ərəbistanı Xaşuqcinin qətli ilə əlaqədar 11 nəfərə qarşı ittihamlar irəli sürüb və onlardan beşinə ölüm hökmünün çıxarılmasına çalışacağını bildirib.

Tramp şahzadəyə yaxın adamların “yəqin ki əli olduğunu” etiraf edib. Lakin o deyib ki, “mən bir çox hallarda yaxşı müttəfiqlə qalmaq istəyirəm”.

Washington Post qəzetinin verdiyi məlumata görə, Mərkəzi Kəşfiyyat Agentliyi gəldiyi nəticəni müxtəlif mənbələrə əsaslandırıb. Bunlardan biri kimi şahzadənin qardaşı və Səudiyyə Ərəbistanının Birləşmiş Ştatlardakı səfiri Xalid bin Salmanın Xaşuqciyə etdiyi telefon zəngi göstərilir.

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Ər-Riyadda konfrans zamanı, 23 oktyabr, 2018.
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Ər-Riyadda konfrans zamanı, 23 oktyabr, 2018.

Telefon söhbəti zamanı Xalid Xaşuqciyə deyib ki, evlənmək haqda sənədləri almaq üçün onun Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getməsi daha təhlükəsiz olardı. Qəzetin yazdığında görə, Xalidin Kaşuqcinin qətlə yetiriləcəyini bilib-bilmədiyi məlum deyil.

Xalid cümə günü Twitter sosial şəbəkəsində yazdığı mesajda Xaşuqci ilə danışdığını inkar edib.

“Sonuncu dəfə mən cənab Xaşuqci ilə 2017-ci il oktyabrın 26-da teks mesaj vasitəsilə əlaqə saxlamışam. Mən onunla heç vaxt telefonda danışmamışam və ona heç vaxt hər hansı bir səbəblə Türkiyəyə getməyi tövsiyə etməmişəm. Mən ABŞ hökumətindən bu iddia ilə bağlı hər hansı məlumatı açıqlamasını istəyirəm”, o, Twitter mesajında yazıb.

XS
SM
MD
LG