Accessibility links

Tramp xüsusi prokuror Müllerin suallarını cavablandırmaq niyyətindədir


Xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan təhqiqatla əlaqədar olaraq prezident Donald Trampla söhbət aparmaq istəyir.

Tramp müxbirlərə deyib ki, o, and içərək xüsusi prokurorun suallarını cavablandıracaq.

“Mən bunu səbirsizliklə gözləyirəm. Mənim seçki kampaniyam ilə Rusiya arasında heç bir əlaqə olmayıb. Mən ədaləti əngəlləməmişəm. Mən onunla söhbət etməyi səbirsizliklə gözləyirəm. Mən sadəcə sizin hər şeyi işıqlandırmamanızdan narahatam,” deyə Tramp bildirib.

Müller Trampın 2017-ci ilin əvvəlində Rusiya ilə bağlı təhqiqat aparan Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komidən Flinin Tramp vəzifəsinin icrasına başlamadan bir neçə həftə öncə Rusiyanın Vaşinqtondakı o zamankı səfiri ilə əlaqələrinə dair apardığı təhqiqata son qoymasını istəyərək ədaləti əngəlləyib-əngəlləmədiyi ilə bağlı istintaq aparır.

Tramp xüusi prokuror ilə söhbət etmək istədiyini desə də, onun vəkillərinin bu qərarı dəstəkləyib-dəstəkləmədiyi bəlli deyil.

XS
SM
MD
LG