Accessibility links

Tramp: Yaponiyanın vasitəçiliyi ilə İran danışıqları mümkündür


Tramp: Yaponiyanın vasitəçiliyi ilə İran danışıqları mümkündür
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe bazar ertəsi Tokioda diqqəti ticarət və digər diplomatik məsələlərə yönəldib. Tramp hətta Yaponiyanın Birləşmiş Ştatlarla İran arasında vasitəçilik edə biləcəyini deyib.

Donald Tramp bazar ertəsi İmperator Sarayında keçirilən təmtəraqlı mərasimdə Yaponiyanın yeni imperatoru Naruhito ilə görüşən ilk xarici dövlət başçısı olub. Daha sonra o, baş nazir Abe ilə yeni ikitərəfli ticarət razılığını müzakirə etmək üçün danışıqlar aparıb.

Mən bilirəm ki, baş nazirin və Yaponiyanın İranla yaxşı münasibətləri var. Ona görə də, nə olacağını görəcəyik. Baş nazir mənimlə artıq danışıb və mən inanıram ki, İran danışmaq istəyir və əgər onlar danışmaq istəyirsə, biz də istəyərik.
Donald Tramp

Uzun zamandır Yaponiyanın ədalətsiz şəkildə ABŞ-dan faydalandığından şikayət edən Tramp Abe ilə birgə mətbuat konfransı zamanı deyib ki, yeni razılıq “ədalət və qarşılıqlıq” prinsiplərinə əsaslanacaq.

“Bizim məqsədimiz Yaponiya ilə ticarət defisitini azaltmaq, ticarət əngəllərini və bütün digər əngəlləri aradan qaldırmaqdır”, Tramp söyləyib.

Hər iki lider Tramp Birləşmiş Ştatları Tokionun Trampın sələfi Barak Obamanın hakimiyyəti altında Vaşinqtonla əldə etdiyi 12 ölkənin imzaladığı hərtərəfli Trans-Sakit Okean Əməkdaşlığından (TPP) geri çəkəndən sonra ikitərəfli ticarət razılığının əldə olunmasını istədiklərini ifadə edib.

“Trans-Sakit Okean Əməkdaşlığı bizim avtomobil sektorumuz və bir çox istehsalçımızı məhv edəcəkdi. Biz TPP-yə üzv deyilik ona görə də başqa ölkələrin əldə etdiyi razılıqlar Birləşmiş Ştatlara şamil olunmur”, ABŞ prezidenti Donald Tramp bildirib.

Abe Birləşmiş Ştatlarla xüsusilə enerji, digital və infrastruktur sektorlarındakı ticarət danışıqlarında əldə olunan davamlı irəliləyişi alqışlayıb. O həmçinin Yaponiya avtomobil istehsalçılarının ABŞ iqtisadiyyatındakı mühüm rolunu da qeyd edib.

“Prezident Tramp vəzifəyə gələndən bəri Yaponiya şirkətləri Birləşmiş Ştatlara 24 milyard dollar dəyərində yeni sərmaye qoymağa qərar verib və beləliklə 45 min yeni iş yerinin açılmasına gətirib çıxarıb”, Yaponiyanın baş nazir Şinzo Abe bildirib.

Amerikanın Səsinin sualına cavab olaraq Tramp deyib ki, o, Abenin ABŞ-la İran arasında vasitəçi olmasına müsbət yanaşır.

Donald Tramp və Şinzo Abe
Donald Tramp və Şinzo Abe

“Mən bilirəm ki, baş nazirin və Yaponiyanın İranla yaxşı münasibətləri var. Ona görə də, nə olacağını görəcəyik. Baş nazir mənimlə artıq danışıb və mən inanıram ki, İran danışmaq istəyir və əgər onlar danışmaq istəyirsə, biz də istəyərik”, ABŞ prezidenti Donald Tramp bildirib.

Son həftələrdə Tramp İranın ən böyük neft alıcılarını yeni ABŞ sanksiyalarından azad edən istisnaları aradan qaldırandan və Trampın dediyinə görə, İrandan gələn təhlükələrə cavab olaraq İran körfəzində ABŞ-ın hərbi mövcudluğunu artırandan sonra ABŞ-la İran arasında gərginlik artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG