Accessibility links

Tramp yeni baş hərbi müşavirinin adını açıqlayıb


Ordu generalı Mark Milli
Ordu generalı Mark Milli

Tramp ordu generalı Mark Millini özünün baş hərbi müşaviri təyin edəcəyini təsdiq edir.

Milli döyüş təcrübəsi olan hərbi liderdir və hal-hazırda ordunun aparat rəhbəri vəzifəsini icra edir. O, bu vəzifəyə 2015-ci ildə təyin edilib.

İraq və Əfqanıstanda bir neçə turlarda qoşunlara rəhbərlik etmiş Milli ABŞ birgə hərbi qərargahlar rəisi vəzifəsinə təyin edilməsi üçün Senat tərəfindən təsdiq edilməlidir.

Pentaqondakı bəzi hərbi rəsmilər Hava Qoşunları generalı Deyvid Qoldfeynin də bu vəzifəyə nəzərdə tutulan şəxslərdən biri olduğunu qeyd etsələr də, Millinin prezident ilə yaxşı münasibətləri olduğunu bildiriblər.

Ordunun aparıcı zabitlərindən biri kimi Milli qadınların ön cəbhə piyadaları sırasında xidmət etməsinə səy göstərən əsas sima olub. Onun nailiyyətlərinə orduya cəlb olunanların sayının azalmasının qarşısını almaq daxildir.

Piyada zabiti olan Milli, həm də Xüsusi Qoşunlara rəhbərlik edib.

Millinin karyerasına 1989-cu ildə Panamadakı hərbi əməliyyatlar, Bosniya və Herseqovina və İraqda həyata keçirilən hərbi missiyalar da daxildir.

Təsdiq edildiyi halda, Milli Danfordu əvəz edəcək. Gözlənilir ki, sabiq Donanma Qoşunları zabiti birgə hərbi qərargahlar rəisi vəzifəsini müddətinin sonuna qədər, yəni 2019-cu ilin 1 oktyabr tarixinə qədər icra edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG