Accessibility links

Tramp yeni immiqrasiya planını açıqlayıb


Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp cümə axşamı Amerikanın immiqrasiya sisteminin “ədalətli, müasir və qanuni şəkildə” yenidən qurulmasını təklif edib. ABŞ-ın hər iki əsas partiyasından qanunvericilər isə bu təklifin Konqresdə təsdiq olunma şansının cüzi olduğunu söyləyir.

“Bəxtəbəxt seçim Amerika dəyərlərinə ziddir və ölkəyə böyük töhfələr verə biləcək çox sayda potensial kvalifikasiyalı immiqrantların qarşısını alır,” Tramp cümə axşamı Ağ Evdə bildirib.

Bəxtəbəxt seçim Amerika dəyərlərinə ziddir və ölkəyə böyük töhfələr verə biləcək çox sayda potensial kvalifikasiyalı immiqrantların qarşısını alır.
Donald Tramp, ABŞ Prezidenti

Prezident ailə əlaqələri və humanitar ehtiyaclara üstünlük verən immiqrasiya sistemini dəyişib, onu ölkəyə “bütün dünyadan ən yaxşı və ən parlaq insanları” cəlb edəcək sistemlə əvəzləməyi təklif edir.

Trampın sözlərinə görə müxalif “demokratlar açıq sərhədlər, aşağı maaş və qanunsuz xaos” təklif edir. Biz isə Amerika işçilərinin iş yerlərini, maaşlarını və təhlükəsizliklərinə üstünlük verən immiqrasiya planı irəli sürürük. Bizim təklifimiz Amerikanın, immiqrantların və işçilərin xeyrinədir”.

Donald Trampın təklif etdiyi yeni immiqrasiya planı
Donald Trampın təklif etdiyi yeni immiqrasiya planı

Prezidentin kürəkəni Cared Kuşnerin başçılıq etdiyi komandanın inkişaf etdirdiyi plana Birləşmiş Ştatlara uşaq ikən qeyri-qanuni gətirilən immiqrantlar üçün nəzərdə tutulan DACA (Mühacir uşaqlar üçün fəaliyyətin təxirə salınması) proqramı daxil edilməyib.

Ağ Evin mətbuat katibi Sara Sanders prezidentin çıxışından öncə müxbirlərə deyib ki, administrasiya rəsmiləri bu yeni plana DACA-ya daxil etməməyə qərar verib, çünki bu məsələ “bölgü yaradır”.

Tramp administrasiyası 2017-ci ilə Obamanın hakimiyyəti dövründə qəbul edilən DACA proqramını sonlandırmağa çalışıb. Ali Məhkəmə yanvar ayında administrasiyanın DACA-nı yenidən nəzərdən keçirmək tələbi ilə bağlı heç bir qərar verməyib. Bu isə o deməkdir ki, proqramın və ondan faydalanan 70 min immiqrantın taleyi məhkəmə oktyabr ayında yeni iş sessiyasına başlayandan sonra müəyyən olunacaq.

Ağ Evin təklif etdiyi plana əsasən, hər il yalnız 1.1 milyon insana qrin kart, yəni daimi yaşayış icazəsi veriləcək.

Senatın Ədliyyə Komitəsinin sədri Respublikaçı Lindsi Qraham isə özünün daha sadə immiqrasiya qanun layihəsini təqdim edib və əlavə edir ki, “Ağ Evin planı qanun olmaq üçün nəzərəd tutulmayıb”.

Ağ Evin təklif etdiyi plana əsasən, hər il yalnız 1.1 milyon insana qrin kart, yəni daimi yaşayış icazəsi veriləcək. Amma onların seçilmək prosesi dəyişəcək və ABŞ vətəndaşları ilə ailə əlaqələri olan və ya humanitar ehtiyacları olan insanlar əvəzinə yüksək ixtisaları və təhsilləri olan insanlara üstünlük veriləcək.

Hazırda immiqrantların 12 faizi ABŞ-a malik olduqları bacarıqları, 66 faizi ilə ölkədə qanuni yaşayan insanlarla ilə əlaqələri sayəsində gəlir. Yeni plan altında isə immiqrant vizalarının 57 faizi bacarıqları olan və ya iş təklifi alan insanlara, 33 faizi ilə ailə əlaqələei olan insanlara veriləcək. Humanitar ehtiyac zəminində verilən vizaların nisbəti 22 faizdən 10 faizə endiriləcək.

ABŞ-ın immiqrasiya sistemi onsuz da yüksək ixtisaslı işçiləri və ali təhsili olan insanlara üstünlük verir. Ən son məlumatlara görə, 2017-ci ildə 62,051 nəfər ofis işi və ya peşəkar iş üçün viza alıb, amma yalnız 1,237 qrin kart sahibi əl əməyi ilə məşğul olub, ya da nəqliyyat sahəsində işləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG