Accessibility links

Tramp yeni kitabı bir daha tənqid edib


Donald Tramp prezidentliyi və AĞ Ev haqda yazılan kitabı bir daha təndir edib. ABŞ prezidenti bildirib ki, bu, mənə qarşı daha bir hücumdur.

"Vudvordun kitabı lətifədir” - deyə ,Tramp "Qorxu,Tramp Ağ Evdə" kitabı haqda deyib.

Amazon-da bu kitab hazırda ən çox sifariş edilən kitablar arasında birinci yeri tutur.

Donald Tramp kitabın müəllifi, Washington Post -un sabiq müxbiri Bob Vudvordun adı açıqlanmayan, aninim mənbələrə istinad etdiyini bildirib. O, kitabı fiksiya adlandırıb.

ABŞ dövlət başçısı bildirib ki, əsl kitabı mən yazacağam.

Bundan əvvəl Tramp demişdi ki, kitabda yazılanlar uydurulmuş hekayələrdir və bu, ictimaiyyətə kələk gəlmək mahiyyəti daşıyır.

Ağ Evin aparıcı nümayəndələri də kitabdakı faktları rədd edib. Prezident Aparatının rəhbəri Con Kelli kitabı insanları ləkələmək cəhdi kimi qiymətləndirib.

Kitabda hazırkı administrasiyanın ilk 19 ayı ərzində “inzibati inqilab” və “əsəb gərginliyi” yaşadığı yazılıb.

Bod Vudvord
Bod Vudvord

​1974-cü ildə Vudvordun Ağ Evdə korrupsiya ilə bağlı təhqiqatları prezident Riçard Niksonun hakimiyyətdən uzaqlaşdıılmasına yol açmışdı.

448 səhifəlik kitab sentyabrın 11-də satışa çıxarılacaq.

XS
SM
MD
LG