Accessibility links

Tramp yenidən Brexiti müzakirə edir


Tramp yenidən Brexiti müzakirə edir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Britaniya qanunvericiləri Avropa İttifaqından ayrılamqla bağlı mühüm səsvermə apardığı bir gün ABŞ prezidenti Donald Tramp yenidən Brexit-lə bağlı mübahisəli müzakirələr aparıb. O, Birləşmiş Krallıqla “çox böyük ticarət razılığı” əldə edəcəyinə söz verib və Avropa İttifaqını ticarət məsələsində hədələyib.

Mən baş nazirə bu məsələ ilə bağlı fikirlərimi irəli sürdüm. Və məncə o məni dinləsə uğur əldə edərdi, amma dinləmədi. Problem deyil. O etməli olduğunu edir. Amma məncə danışıqlar başqa yolla aparıla bilərdi.
Donald Tramp

ABŞ prezidenti Donald Tramp və İrlandiyanın baş naziri Leo Varadkar Brexitlə bağlı fəqrli fikirlərə sahibdir.

Britaniya parlamenti cümə axşamı Avropa İttifaqı ilə razılıq əldə etmək üçün Brexitin son möhlətini uzatmağa qərar verib.

Səvermədən öncə Brexit tərəfdarı Tramp Britaniya baş naziri Tereza Meyi apardığı danışıqlara görə tənqid edib.

“Mən baş nazirə bu məsələ ilə bağlı fikirlərimi irəli sürdüm. Və məncə o məni dinləsə uğur əldə edərdi, amma dinləmədi. Problem deyil. O etməli olduğunu edir. Amma məncə danışıqlar başqa yolla aparıla bilərdi”, Tramp söyləyib.

“Cənab prezident biz fərqli fikirlərə sahibik. Mən Brexitin baş verdiyinə görə kədərlənirəm, Birləşmiş Krallıq Avropa İttifaqının mühüm hissəsi idi. Amma indi onlar gedir və bu onların qərarıdır”, İrlanditanın baş naziri Leo Varadkar deyib.

Tramp həmçinin Birləşmiş Krallıqda çox böyük ticarət razılıq vədinə toxunub və bu məsələ ilə bağlı Avropa İttifaqını hədələyib.

Əgər onlar bizimlə danışıq aparmasa, biz iqtisadi baxımdan çox sərt addım atacağıq, biz ölkəmizə gələn onların bir çox məhsullarının qarşısını alacağıq, çünki Avropa İttifaqı bizə qarşı çox ədalətsiz davranır.
Donald Tramp

“Əgər onlar bizimlə danışıq aparmasa, biz iqtisadi baxımdan çox sərt addım atacağıq, biz ölkəmizə gələn onların bir çox məhsullarının qarşısını alacağıq, çünki Avropa İttifaqı bizə qarşı çox ədalətsiz davranır”, Prezident Tramp deyib.

Bu arada isə Avropa Parlamenti Birləşmiş Ştatlarla tariflərin aradan qaldırılması və ticarət gərginliyinin azaldılması ilə bağlı danışıqların başlaması üzərində konsensus əldə etməyib.

“Əgər ABŞ bizə qarşı birtələfli ticarət tədbirləri görsə idi, biz dərhal cavab verərdik. Bu vəziyyətdə danışıqlar dayandırılardı”, Aİ-nın ticarət komissarı Sesiliya Malmstrom söyləyib.

Tramp administrasiyası ötən ay Amerikanın kənd təsərrüfatı məhsullarına qarşı baryerləri aradan qaldırmaq və ya azaltmaq məqsədilə Britaniya ilə Brexit sonrası ticarət razılığı ilə bağlı məqsədlərini açıqlayıb.

XS
SM
MD
LG