Accessibility links

Tramp yenidən seçilmək üçün kampaniyaya başladı


Tramp “Amerikanı Möhtəşəm Saxlayaq” şüarı ilə yenidən seçilmək kampaniyasına start verdi
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Prezident Donald Tramp yenidən seçilmək üçün bu həftə rəsmən kampaniyaya başlayıb. Onun ilk kampaniya tədbiri Florida ştatının Orlando şəhərində keçib. 29 elektoral səslə Florida ölkədə seçkinin nəticələrinə təsir göstərə bilən ən böyük ştatlardan biridir. Trampın ikinci dəfə seçilməsi üçün əsas şərtlərdən biri Florida ştatında qələbə əldə etməkdən ibarətdir.

“Bu gün mən Birləşmiş Ştatların prezidenti kimi ikinci dönəm seçilmək üçün sizin qarşınızda rəsmən kampaniyaya başlayıram” - Tramp tərəfdarları qarşısında yenidən prezident seçilmək üçün seçki kampaniyasına start verdiyini elan etdi.

Trampın mesajı “Amerikanı Möhtəşəm Saxlayaq”dır. O, 2020-ci il seçkilərinin Müllerin Rusiya təhqiqatına hökm olacağını deyib.

“Bu seçki təkcə bizim əldə etdiyimiz gözəl nailiyyətlərin təsdiqi olmayacaq. Bu həm də bizim demokratiyamızı pozmaq və sizləri sarsıtmağa çalışanların qeyri-amerikan hərəkətlərinə xitam deməkdir.”

Stadiona toplaşan təxminən 20 mindən çox insanın böyük əksəriyyəti Trampın qızğın tərəfdarıdır.

“Çox əla idi, çox xoşuma gəldi. Mən prezident Trampı görməyimə çox şadam. Mən ona pərəstiş edirəm və onu TV-də izləməyi sevirəm. Əladır, onu fəaliyyətdə görmək, insanların hisslərini və hamının çox həyəcanlı olduğunu müşahidə etmək gözəldir”, Tramp tərəfdarı Culi Adamson deyir.

“Biz divarı inşa etməliyik. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik. Amerika birincidir, Amerika birinci. Biz bunu yadda saxlamalıyıq”, Tramp tərəfdarı Fil Amerikanın Səsinə bildirib.

Trampın Mar-a-Laqo malikanəsi Floridada yerləşir. Lakin Florida həm də seçkilərdə mühüm ştatdır. Tramp Orlandonu şəhərin ştatın mərkəzi hissəsində yerləşməsinə görə seçib. Burada qeydiyyatdan keçmiş seçicilərin böyük hissəsi heç bir partiyaya üstünlük verməyən müstəqil seçicilərdir. Floridada prezident seçkilərində səsvermə artıq illərdir ya respublikaçı, ya da demokrat namizəd arasında dəyişir.

Notrh Star Opinon araşdırma mərkəzinin təhlilçisi Uit Ayres: “Prezidentin yenidən seçilməsi perspektivindən Florida olduqca mühüm ştatdır. 2016-cı ildə o burada bir faiz səslə qələbə qazanmışdı. Floridada səsləri almadan 270 elektoral səsi qazanmaq çox çətindir.”

Trampın 2020-ci il kampaniyası 2016-cı ildə bəzi müşahidəçilərin diletant hesab etdiyi kampaniyasına nisbətən daha yaxşı maliyyələşir və daha yaxşı təşkil olunub. Bu dəfə onun yenidən seçilmək üçün kampaniya strategiyası güclü iqtisadiyyat və administrasiyasının seçicilərə verdiyi vədlərin bir hissəsi olaraq mühacirətin qarışısının alınması üzərində qurulub.

Tim Muratag Tramp tərəfdarıdır. “Hamı dünya səhnəsində güclü Amerikanı dəstəkləyir. Hamı bizim fəxr edəcəyimiz Amerikaya dəstək verir”, o bildirir.

Yenidən seçilmək üçün kampaniyanın uğuru demokratların Trampa dəstək verməyən seçiciləri birləşdirə biləcək bir namizədi nominasiya edə bilib-bilməməsindən asılı olacaq.

Notrh Star Opinon araşdırma mərkəzinin təhlilçisi Uit Ayres: “Əgər onlar Trampı dəstəkləməyən seçiciləri ayıran namizəd irəli sürsələr, o zaman onun yenidən seçilməsi tam mümkün ola bilər. Biz son yarım əsrdə Amerika tarixində iki prezidentin ümumi səslərin 43 faizini aldığı vaxt bunu müşahidə etmişik.”

Bəzi təhlilçilər Konqresdəki demokratlar tərəfindən impiçment təhlükəsinin də prezidentə dəstəyi artıraraq, onun yenidən seçilmək şanslarını gücləndirə biləcəyini bildirir.

Prezident Tramp rəsmi kampaniyasına burada start versə də, o 2017-ci ildən artıq 60-dan çox tədbir keçirib və yenidən seçilmək qərarına hələ inaqurasiya günü imza atıb. Amerika prezident seçkilərində növbəti mühüm tədbir Demokrat partiyasından namizədlərin iyunun 26-da ilk debatı olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG