Accessibility links

Tramp yerli şirkətləri ABŞ-a sərmayə yatırmağa səsləyir


ABŞ prezidenti Donald Trump administrasiyasının ilk 18 ayı ərzində "böyük iqtisadi uğur"-lardan danışaraq digər şirkətləri də Tayvanın elektron avadanlıq istehsalçısı olan "Foxconn" şirkəti kimi ABŞ-a sərmayə yatırmağa səsləyib.

Təməlatma mərasimi zamanı Tramp $10 milyard dollar sərmayə yatıran xarici şirkəti tərifləyərək, bunu son zamanların Viskonsin ştatına yatırılan ən irihəcmli sərmayə adlandırıb.

Tramp Foxconn Viskonsinə yatırım qərarını alqışlayaraq, eyni ştatda olan məşhur amerikan şirkətini istehsalın bir hissəsini xaricə köçürdüyü üçün qınayıb. Şirkət bu addımı Trampın idxala qoyduğu tarif vergilərinə cavab olaraq Avropa şirkətləri tərəfindən planlaşdırılan ölçülərdən sonra atıb.

Harley Devidson lütfən öz gözəl motosikletlərinizi ABŞ-da istehsal edin.

“Harley Devidson, lütfən öz gözəl motosikletlərinizi ABŞ-da istehsal edin. Bizimlə məzələnməyin. Məzənlənməyin. Onlar vergilərin tədricən azaldığını dərk etmirlər. Onlar hələ də bunu anlamayıblar.”

Trampın bu sözləri cümə axşamı Viskonsin ştatının Rasin qraflığında Foxconn şirkətinin son model müasir büllur ekranlı panellərin quraşdırılmasına qərar verdiyindən sonraya təsadüf edir.

Prezident Donald Tramp Viskonsin ştatında Fokskonn şirkəti ilə tanış olub
Prezident Donald Tramp Viskonsin ştatında Fokskonn şirkəti ilə tanış olub

Viskonsin Foxconn şirkətinə 3 milyard məbləğində vergi güzəşti və digər insentivlər verir. Müqabilində, ştat şirkətdən minlərlə yeni iş yerlərinin açılmasını gözləyir.

Ştatın qanunvericilik şöbəsində Viskonsinin ilkin yatırımları ödəyəcək gəlir götürmək üçün 25 il vaxt aparacağını bildirib. Digərləri baş verənlərin ətraf-mühitə təsirindən gileylidirlər

XS
SM
MD
LG