Accessibility links

Tramp Yutada iki milli parkın ərazisini kiçildib [Video]


Tramp Yutada iki milli parkın ərazisini balacalaşdırıb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

ABŞ prezidenti Donald Tramp Yuta ştatındakı iki milli abidənin ərazisini kiçildib. Lakin Amerika hindiləri və digər qrupların buna etiraz edəcəyi gözlənilir, çünki onlar həmin torpağın federal hökümət tərəfindən qorunmasını istəyir. Bazar ertəsi Solt Leyk Sitidə çıxış edən Tramp Bears Easr ərazisinin 80 faizini, Grand Stairs-Escalantenin isə 50 faizini ştatın nəzarətinə verdiyini açıqlayıb. Tərəfdarlar bu addımı alqışlayıb. Beləliklə, ərazi mümkün enerji axtarışı və maşınlardan istifadəyə açılacaq. Lakin əleyhdarların bu addımla bağlı məhkəməyə müraciət edəcəkləri gözlənilir.

Bu qanuna əsasən yalnız kiçik lazımi ərazilər milli abidə olaraq xüsusi olaraq qorunmalıdır. Təəssüf ki, keçmiş administrasiyalar bu standarta məhəl qoymayıb və qanundan istifadə edərək milyonlarla arlıq ərazi və suları hökümətin nəzarətinə verib.
Donald Tramp

Bears Ears adlı Yuta ştatının cənub-qərbində yerləşən 530 min hektarlıq ərazi bir il öncə prezident Obama tərəfindən milli abidə elan edilmişdi. Onun sələfi isə abidənin ərazisini 80 faiz azaltdı. Bundan əlavə, Tramp 1996-ci ildə prezident Bill Klintonun milli abidə elan etdiyi Yutanın Grand Staircase-Escalante ərazisini də 50 faiz azaldıb. Tramp Yutanın paytaxtında onu qarşılayan izdihama torpaqlarını Vaşinqtondakı bürokratların nəzarətindən alacağını deyib.

“Sizin açıq hava ilə olan əlaqəniz minlərlə kilometr uzaqda olan nizamçıların ədabazlıqları ilə əvəz olunmamalıdır. Onlar sizin torpaqları tanımır, əslində heç sizin qədər maraqlanmır da”, Tramp deyib.

Bears Ears və Grand Staircase-Escalante 1906-cı il Qədim Abidələr Aktı altında milli abidə elan olunub. Tramp deyir ki, onun xələfləri bu qanundan sui-istifadə edib.

“Bu qanuna əsasən yalnız kiçik lazımı ərazilər milli abidə olaraq xüsusi olaraq qorunmalıdır. Təəssüf ki, keçmiş administrasiyalar bu standarta məhəl qoymayıb və qanundan istifadə edərək milyonlarla arlıq ərazi və suları hökümətin nəzarətinə verib,” deyə prezident bildirib.

Bears Ears abidəsini müqəddəs torpaqları hesab edən hindi tayfalarının Trampın gözlənilməz addımı ilə bağlı məhkəməyə müraciət edəcəkləri gözlənilir.

“Siz bizim inandığımız şeyi əlimizdən alırsınız,” Navaho tayfasının üzvü Merilin Mustaş söyləyir.

Lakin bəzi yerli fermerlər deyir ki, ovçuluğa, otlağa və inkişafa qoyulan məhdudiyyətlər onların dolanışıqlarına təsir göstərir.

“Bu, bizim üçün çox vacibdir. Biz uzun zamandır buradayıq və çörək pulumuzu burdan qazanırıq,” fermer Tayler İvins deyir.

Cari ilin əvvəllərində prezident Qədim Abidələr Aktında yer alan 27 abidənin yoxlanışına sərəncam verib.

XS
SM
MD
LG