Accessibility links

Tramp xarici siyasətində qələbə əldə etdiyini israr etsə də, bunun nədən ibarət olduğu suallar doğurur


Tramp xarici siyasətində qələbə əldə etdiyini israr etsə də, bunun nədən ibarət olduğu suallar doğurur
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Tramp xarici siyasətində qələbə əldə etdiyini israr etsə də, bunun nədən ibarət olduğu suallar doğurur

Böyük 20-liyin sammitindən döndükdən sonra ABŞ prezidenti Donald Tramp xarici siyasətində qələbə əldə etdiyini və bir çox işlərə nail olduğunu bəyan edib. Lakin 3 günlük səfəri çərçivəsində prezidentin nəyə nail olduğu sual doğurub.

Ötən həftə sonu kameralar qarşısında əl verilməsi və təbəssüm anları ilə yadda qalıb.

Çinlə ticarət müharibəsi razılığı...ABŞ prezidentinin ilk dəfə Şimali Koreya torpağına ayaq basması kimi tarixi bir an. Lakin suallar hələ də qüvvədədir.

"G-20 sammitindən sonra prezidentin nəyə nail olduğuna dair bir çox sual var" - deyə, Amerikanın Sahibkarlıq İnstitutundan Zek Koper bildirib.

Tramp Kim Conq Unla nüvə proqramı razılığı əldə edilmədən demilitarizasiya zonasını keçməsinə görə tənqid edilib.

Bir də Amerika şirkətlərinə Çinin telekommunikasiya şirkətinə avadanlıq satışına icazə verməsi. Administrasiya daha öncə bu şirkətin ABŞ-ın milli təhlükəsizliyinə hədə törətdiyini demişdi.

Prezident həm də 2009-cu ildəki qlobal iqtisadi böhranı yumşaltmaq üçün birgə işləyən çoxtərəfli forumun zəiflədilməsini, digər dövlətlərin dəstəklədiyi proteksionizm dilinin xəbərdarlığına qarşı çıxıb.

Prezidentin 2016-cı il ABŞ seçkilərinə müdaxil edən Rusuiya prezidenti Vladimir Putin, jurnalist Camal Xaşuqçinin öldürülməsində ittiham edilən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla ikitərəfli görüşləri də diqqət mərkəzindədir.

Donald Tramp xarici siyasətində qələbə əldə etdiyini və bir çox işlərə nail olduğunu iddia edir.

"Əla idi. Hamı məni iqtisadiyyatımıza görə təbrik edirdi."

Trampın 2020-ci ildə yenidən seçilmək üçün onun dünyada güclü şəxsiyyət imici yaratması olduqca mühümdür.

"Biz nəhayət ki, Amerikanı önə çəkirik."

Lakin Trampın özünə güvənməsinə baxmayara, o, partiyasının dəstəyini əldə etməlidir.

"2020-ci il seçkilərinə gedən bir prezident üçün siyasətinin respublikaçılar tərəfindən tənqid edilməsi riskli işdir" - deyə, Amerikanın Sahibkarlıq İnstitutundan Zek Koper bildirib.

Tənqidlərə baxmayaraq, Tramp Çinlə ticarət müharibəsinin deeskalasiyana görə təqdirə layiq görülüb.

"Trampın Tsi ilə nə kimi razılıq əldə etdiyinə dair suallara səbəb çoxdur. Lakin istəkan yarıyadək doludur. Heç olmasa bir-birimizə atəş açmayacağıq. İndilik", təhlilçi Metyu Qudman bildirib.

Lakin Tramp İranla nüvə razılığına görə ciddi tənqidlər altındadır. Həm də onun nüvəsizləşmədənsə, Pxenyana nüvə proqramını dondurmasına dair razılığa haqq qazandırması da çətin olacaq.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Trampın belə bir razılığa gedəcəyini inkar edib.

XS
SM
MD
LG