Accessibility links

Tramp ədaləti əngəlləmə iddiasını tənqid edib


ABŞ prezidenti bunu yeni təhqiqatla bağlı bildirib

ABŞ prezidenti ədalətə əngəl törətməsinə dair aparılan təhqiqatı tənqid edib. Donald Tramp istenza ilə Tvitter hesabında yazıb ki, Rusiya ilə bağlı qondarma hekayənin heç bir əsası olmadığı üçün indi ədalətə əngəl məsələsi ortaya atılıb.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini və prezident Donald Trampın kampaniyası ilə əlaqələrini araşdıran xüsusi məsləhətçi prezidentin ədaləti əngəlləməsini istintaqa əlavə edib.

Washington Post, New York Times Wall Street Journal qəzetlərində çıxan məqalələr istintaqla əlaqəli şəxslərin verdiyi məlumatlarına əsasən hazırlanıb.

Qəzetlərin verdiyi məlumata görə, xüsusi məsləhətçi Robert Mullerin Milli Kəşfiyyat İdarəsinin rəhbəri Dan Kotsla, Milli Təhlükəsizlik Agentliyinin direktoru Maykl Rogers və keçmiş direktor müavini Riçard Ledget ilə müsahibələr keçiriləcəyi gözlənilir.

Post and Wall Street Journal verdiyi məlumata görə, Ledgetin yazdığı qeyddə Prezident Trampın Kotsa zəng edərək, ondan ictimai şəkildə kampaniyasının Rusiya ilə əlaqələrinin olmadığını deməsini istəyib.

Qəzet həmçinin qeyd edir ki, Tramp eyni tələblə Rogersə də müraciət edib.

Keçən ay prezident FBİ-ın rəhbəri Ceyms Komini işdən çıxarmasından sonra Muller xüsusi məsləhətçi kimi Rusiyanın seçkiyə müdaxiləsini araşdırmaq üçün təyin edilib.

Komi keçən həftə Senat qarşısında verdiyi ifadədə bildirib ki, prezident Tramp onunla bir neçə dəfə gizli olaraq həm Ağ evdə, həm də telefonla görüş keçirib.

Kominin sözlərinə görə, o inanır ki, Trampın onunla görüş keçirməsinin səbəbi keçmiş təhlükəsizlik müşaviri Mayk Flinn istintaqının dayandırmasını istəməsidir.

XS
SM
MD
LG