Accessibility links

Donald Trampın Ceyms Komi ilə ədavəti kəskinləşib


ABŞ prezidenti Donald Tramp işindən kənarlaşdırılan Federal Təhqiqat Bürosunun (FBİ) direktoru Ceyms Komi ilə ədavətini kəskinləşdirib. O, bu ilin əvvəlində onunla şəxsi görüşü zamanı söhbətləri gilzi şəkildə lentə alınmış ola bildiyinə eyham vurub.

Səhər tezdən Tramp tweet edərək bildirib ki, Ceyms Komi mətbuata məlumat sızdırmaqdan öncə səsinin lentə alınmadığından əmin olmalıdır.

ABŞ Prezidenti Donald Tramp Ceyms Komini çərşənbə axşamı günü vəzifədən azad etmək qərarını müdafiə edir. Onun sözlərinə görə, Komi “sadəcə olaraq işinin öhdəsindən yaxşı gəlmirdi.”

Ceyms Komi mətbuata məlumat sızdırmaqdan öncə səsinin lentə alınmadığından əmin olmalıdır.

Tramp bu sözləri çərşənbə günü sabiq dövlət katibi Henri Kissincerlə görüşərkən deyib.

New York Times qəzetinin yazdığına görə, dünən prezident Komindən ona sədaqət nümayiş etdirməsini istəyib.

Məlumatda deyilir ki, Komi belə bir vəd verməkdən imtina edib, lakin bildirib ki, ona dürüst olcağına söz verə bilər.

Bundan öncə Tvitterdə yazdığı mesajda prezident bəyan etmişdi ki, Komi Vaşinqtonda “hamının, o cümlədən Respublikaçı və Demokratların etimadını itirib”.

Sabiq FBI Direktoru Ceyms Komi
Sabiq FBI Direktoru Ceyms Komi

Tramp əlavə edib ki, Komi daha bacarıqlı adam tərəfindən əvəzlənəcək və FBI-ın “ruhu və prestiji” bərpa ediləcək.

Trampın Komini işdən çıxarması Demokratların etirazı ilə qarşılanıb.

Prezidentin FBI direktorunu Rusiyanın seçkilərimizə müdaxilə etməsinə dair araşdırmanın ortasında işdən çıxarması ciddi suallar doğurur.

Demokrat senatorlar ABŞ prezidentinin motivlərini sual altına alaraq Trampın seçki kampaniyasının Rusiya ilə mümkün müsnaibətlərini araşdırmaq üçün xüsusi ittihamçı təyin edilməsini tələb edirlər.

“Prezidentin FBI direktorunu Rusiyanın seçkilərimizə müdaxilə etməsinə dair araşdırmanın ortasında işdən çıxarması ciddi suallar doğurur," deyə Minnesota ştatından Senator Eymi Klobukar bəyan edib.

“Əgər xüsusi ittihamçıya nə vaxtsa ehtiyac varsa, həmin an indidir,” deyə Demokrat azlığın rəhbəri Senator Çak Şumer bildirib. O, əlavə edib ki, təhqiqatı aparacaq adamlar administrasiyadan maksimum məsafədə olmalıdırlar.

Bu arada FBI-ın direktorunun sabiq müavini Endryu Makkeyb Komini əvəzləmək üçün namizəd göstərilib.

XS
SM
MD
LG