Accessibility links

Trampla Şi Tsinpin arasında görüş keçirilə bilər


Trampla Şi Tsinpin arasında görüş keçirilə bilər
please wait

No media source currently available

0:00 0:02:48 0:00

ABŞ prezidenti Donald Tramp Çinlə böyük razılıq əldə edəcəyinə dair nikbinliyini ifadə edib və yeni ticarət razılığını əldə etmək üçün martın 1-dək prezident Şi Tsinpinlə görüşəcəyinə dair işarə edib. Prezident bunu cümə axşamı amerikalı və çinli vasitəçilər arasında ticarət danışıqları gedən zaman söyləyib.

Çində növbəti həftə “Donuz İlini” qeyd etmək məqsədilə donuz yarışı keçiriləcək. Lakin Yeni İllə birlikdə Çindəki donuz fermerləri geriləmə ilə üzləşiblər, çünki Amerikanın soya paxlalarına tətbiq etdiyi tariflər donuz yeminin qiymətini artırıb və bir çox fermeri daha çox maddi zərər görməmək üçün donuzlarını kəsməyə vadar edib.

Yekun razılıq əldə olunacaq. Razılıq olsa, mənimlə president Şi arasında olacaq.
Donald Tramp

Bu, hər iki tərəfdən olan vasitəçilərin Vaşinqtonda danışıqlar zamanı müzakirə etdiyi ABŞ ilə Çin arasında gedən ticarət müharibəsinin təsirlərindən biridir.

Prezident Donald Tramp nikbin olduğunu söyləyir.

“Əldə olunsa, bu, ən böyük ticarət razılığı olacaq” – o bildirib.

Tramp Vaşinqtonun Pekinin Çin bazarına çıxışı məhdudlaşdırdığına və ABŞ şirkətlərini texnologiyanı Çin şirkətlərinə transfer etməyə vadar etdiyinə dair şikayətlərini müzakirə etmək üçün Çinin vitse-baş naziri Liu He ilə görüşüb.

ABŞ prokuroru bazar ertəsi Çinin telekom nəhəngi Huawei Texhnologies şirkətinin baş maliyyə direktorunu İrana qarşı sanksiyaları pozmaqda və Amerikanın T-Mobile şirkətindən ticarət sirrlərini oğurlamaqda təqsirləndirib.

“Huawei-in mühəndisləri öz robotlarını inkişaf etdirmək məqsədilə T-Mobile ilə aralarındakı gizlilik razılığını pozub. Onlar robotun gizli şəkillərini çəkib, onun ölçülərini alıb və hətta bir parçasını oğurlayıb” – deyə, müvəqqəti olaraq baş prokuror vəzifəsini icra edən Metyu Uitaker bildirib.

Pekin ABŞ-ı “Çin şirkətlərinə qarşı əsassız təqiblərə”son qoymağa çağırıb.

Ağ Ev isə təkid edir ki, bu məsələnin danışıqlarla əlaqəsi yoxdur.

“Bunlar tamamilə ayrı proseslərdir. Ticarət məsələsi ilə bağlı danışıqlar davam edəcək”, Ağ Evin mətbuat katibi Sara Sanders deyib.

Donald Tramp və Şi Tsinpin
Donald Tramp və Şi Tsinpin

Tramp Çin prezidenti Şi Tsinpinlə son dəfə dekabr ayında Argentinada Böyük İyirmiliyin iclasında görüşüb. O, yaxın gələcəkdə “dostum” adlandırdığı Şi ilə bir başqa görüşün keçiriləcəyinə dair tvit atıb.

“Yekun razılıq əldə olunacaq. Razılıq olsa, mənimlə president Şi arasında olacaq”, Tramp Twitterdə yazıb.

Çinlə danışıq aparmaq, daşınmaz əmlakın qiyməti ilə bağlı bazarlıq etməkdən fərqlidir. Yəni bu o deməkdir ki, dərsinə yaxşı hazırlaşmasan, xüsusilə də fərqli mədəniyyətlərin cəlb olunduğu bir məsələdə hər şey çökə bilər.
Deyvid Barker

Amerikan Universitetinin prezidentlər üzrə eksperti Deyvid Barker deyir ki, Tramp razılıqlar əldə etmək üçün şəxsi münasibətlərə arxalanır. O, bunun mümkün təhlükələri barədə xəbərdarlıq edir.

“Çinlə danışıq aparmaq, daşınmaz əmlakın qiyməti ilə bağlı bazarlıq etməkdən fərqlidir. Yəni bu o deməkdir ki, dərsinə yaxşı hazırlaşmasan, xüsusilə də fərqli mədəniyyətlərin cəlb olunduğu bir məsələdə hər şey çökə bilər”, o deyib.

Əgər martın 1-dək razılıq əldə olunmasa, ABŞ təxminən 200 milyard dollar dəyərində Çin mallarına tarifləri 10 faizdən 25 faizədək artıracağını bildirib.

Prezident həmçinin əlavə 267 milyard dollar dəyərində Çin məhsullarına tarif tətbiq etməklə də hədələyir.

XS
SM
MD
LG