Accessibility links

Trampla Kim arasındakı münasibət Şimali Koreyanın nüvəsizləşməsinə təsir göstərməyəcək


Donald Tramp və Kim Conq Un

Ekspertlərin fikrincə, Şimali Koreya lideri Kim Conq Unla ABŞ prezidenti Donald Tramp arasındakı şəxsi münasibətin Pxenyanın nüvəsizləşdirmə ilə bağlı mövqeyinə heç bir təsiri yoxdur.

"Şimali Koreyanın bu yaxınlarda Trampın doğum günü təbrikinə cavab olaraq yaydığı bəyanat çox açıq idi" – deyə, Atlantika Şurasının baş elmi işçisi Robert Manninq bildirib. "Trampla Kim arasındakı şəxsi münasibətlərin Şimali Koreyanın siyasətinə heç bir təsiri yoxdur", o əlavə edib.

Tramp son iki il ərzində Kimlə olan şəxsi münasibətini nüvəsizləşdirmə ilə bağlı danışıqlarda irəliləyişə təsir göstərməsini istəyirdi. Pxenyan həftə sonu isə bunu rədd edərək, Vaşinqtonla danışıqların iki lider arasındakı şəxsi kimyadan asılı olaraq bərpa olunacağına dair ümidləri aradan qaldırdı.

Şimali Koreyanın xarici işlər nazirinin müşaviri Kim Kye Qvan dedi: “Bütün dünyanın bildiyi kimi, Dövlət Məsələləri Komissiyamızın Sədri [Kim] ilə prezidenti Tramp arasında mübasibət pis deyil. Lakin bu münasibətdən istifadə etməklə və ya bunun üçün mühit yaratmaqla bizi ABŞ-la dialoqu bərpa etməyə vadar etmək yanlışdır".

Koreya Mərkəzi Xəbər Agentliyi bu bəyanatı şənbə günü yayıb.

Təhlilçi Ken Qaus deyir ki, bu bəyanat Kinin Tampla şəxsi münasbitələrə son qoyacağına işarə etmir. Lakin o qeyd edib: “Tramp bu münasibətə arxalanaraq nüvəsizləşdirməni və ya sınaqların dayandırlmasını təmin edə bilməz".

Tramp administrasiyası 2018-ci ildə Pxenyanla diplomatik danışıqları başlatdığından bəri Tramp Kimlə şəxsi münasibtələri ilə lovğalanıb.

Lakin Mərkəzi Kəşfiyyat Agentliyinin Koreya üzrə bölməsinin sabiq sədri Brüs Klinqner deyir ki, “Şimali Koreyanın bəyanatı onu göstərir ki, prezident Trampın təriflədiyi bu münasibət Pxenyanın onillərdir nüvə silahlıan sahib olmaq istəyinə təsir göstərməyəcək.”

Tramp Kimlə üç dəfə görüş keçirib: 2018-ci ildə Sinqapurda, 2019-cu ildə Hanoyda və iyun ayında demilitarizasiya zonasında. Lakin nüvəsizləşrdmə danışıqları oktyabr ayında Stokholmda keçriilən müzakirələrdən bəri dayandırılıb.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert O Brayan deyib ki, Vaşinqton danışıqları bərpa etmək üçün şimali koreyalılarla müxtəlif yollarla müzakirələr aparmaq istəyib.

Lakin onun sözlərinə görə, Kimin baş müşavirinin bəynatı onu göstərir ki, Kim ABŞ-la danışıqlar aparmamağa qərar verib, çünki onun Trampla şəxsi münasibətləri və daha öncəki danışıqlar Vaşiqntonun güzəştlərə getməsinə gəitirib çıxarmayıb.

Kim Kye Qvan Koreya Mərkəzi Xəbər Agentliyi vasitəsilə yaydığı bəyanatında deyib ki, Pxenyan ABŞ-la danışıqları bir şərtlə bərpa edəcək. Bu da Vaşinqton “tələblərimizi qeydsiz-şərtsiz qəbul etdiyi” təqdridə baş verəcək, o deyib.

XS
SM
MD
LG