Accessibility links

Trampla Klinton arasında sonuncu debat keçirilib [Video]


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp və demokrat namizəd Hillari Klinton bu gün sonuncu debatda qarşı-qarşıya gəlib. Klinton Nevada ştatında Las Veqasda keçiriləcək debata rəy sorğularına görə seçkili vəzifə uğrunda ilk dəfə mübazirə aparan respublikaçı namizəd Donald Trampdan daha üstün çıxıb. Bu debat Trampın noyabrın 8-də seçkilərinə üç həftə qalmış Klintonun 7 faizlə üstünlüyünü azalda bilməsi üçün sonuncu imkanı kimi qiymətləndirilirdi.

Debatın aparıcısı Fox televiziyasının jurnalisti Kris Vallas Tramp və Klintona mühacirət, amerikalıların sosial təminatı, ölkənin uzun müddətli milli borcu, Ali Məhkəməyə təyinatlar, iqtisadiyyat, xarici siyasət və hər bir namizədin prezident vəzifəsinə uyğun olub-olmaması kimi suallarla müraciət edib.

Okyabrın 19-da keçirilən debatda Respublikaçı namizəd Donald Tramp 8 noyabr seçkilərinin nəticələrini tanıyıb-tanımayacağına aydınlıq gətirməyib. Hillari Klinton bunu "qorxulu məqam" adlandırıb.

Sonuncu olan üçüncü debatda Tramp deyib ki, o, nəticələrin legitim olub-olmamasına dair qərarını açıqlamaq üçün gözləməyə üstünlük verir.

"Mən bunu vaxtı çatanda deyəcəm. Sizi şübhə içərisində saxlayacam" - deyə Tramp bildirib.

Xanım Klinton isə Trampın mövqeyindən dəhşətə gəldiyini billdirib.

Əvvəlki debatlardan fərqli olaraq əsasən siyasətlərin müzakirəsinə yönələn bu debatda Tramp Klintonun kampaniyasının ona qarşı bəzi cinsi zorakılıq ittihamları təbliğatı təşkil etdiyini bildirib.

Əvvəlki debatlardan fərqli olaraq əsasən siyasətlərin müzakirəsinə yönələn bu debatda Tramp Klintonun kampaniyasının ona qarşı bəzi cinsi zorakılıq ittihamları təbliğatı təşkil etdiyini bildirib.

Danışılan hekayələrin "tamamilə yanlış" olduğunu bildirən Tramp bu ittihamların arxasında Klintonun dayandığını iddia edib. "Heç kəs qadınlara mən hörmət etdiyim qədər hörmət etmir, heç kəs!".

"Donald düşünür ki, qadınları kiçiltmək onu böyüdür. O, qadınlarının vicdanını, şəxsi dəyərini alçaldır" - deyə sabir dövlət katibi bildirib.

Hillari Klinton Trampın yalnız qadınları deyil, digər azlıqları da alçaltdığını dilə gətirib.

Klinton ABŞ hökumətinin Sosial Təminat Təqaüd Proqramının maliyyələşməsinə kömək etmək üçün vergiləri artıracağını deyib və bildirib ki, Tramp yüksək vergi ödəməkdən yayınmağın yollarını tapmağa çalışmalıdır. "Necə də iyrənc qadındır" - deyə Tramp Klintona dərhal münasibət bildirib.

Namizədlər debatın əvvəlində abort, silaha sahib olma hüququ və mühacirət barədə danışıb. Ancaq onlar bir-birilərinə aqressiv şəkildə münasibət bildirib.

Klinton ABŞ hökumətinin Sosial Təminat Təqaüd Proqramının maliyyələşməsinə kömək etmək üçün vergiləri artıracağını deyib və bildirib ki, Tramp yüksək vergi ödəməkdən yayınmağın yollarını tapmağa çalışmalıdır.

"Necə də iyrənc qadındır" - deyə Tramp münasibət bildiirib.

Klinton Trampı Rusiya prezidentinin kuklası adlandırmasının qarşısında milyarder Putinin Klintondan ağıılı olduğunu deyib. Klinton deyib ki, Tramp son kiber-hücumlara görə Rusiya və Putini tənqid etməkdən imtina edib.

Debatda namizədlər Suriya və İŞİD-lə mübarizə yollarından da danışdılar. Hillari Klinton Suriyaya quru qoşunların göndərilməsinin tərəfdarı olmadığını və ABŞ qoşunlarını işğalçı qismində İraqa daxil etməyəcini bildirdi. Donald Tramp isə Mosulu əvvəl "bizdə olduğunu və Hillarinin sayəsində itirildiyini" bildirdi.

Debatın sonu isə namizədlərin bir-biri ilə əl sıxışmaması ilə yadda qaldı.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG