Accessibility links

Transatlantik müttəfiqlər arasında İran və Venesuela səbəbilə gərginlik artıb


Transatlantik müttəfiqlər arasında İran və Venesuela səbəbilə gərginlik artıb
please wait

No media source currently available

0:00 0:02:11 0:00

ABŞ-ın vitse-prezidenti Mayk Pens şənbə günü Almaniyada Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı İran və Venesuela ilə bağlı mövqelərinə görə avropalı müttəfiqərinə irad tutub. Birləşmiş Ştatlar konfransa son onillərin ən böyük heyəti ilə qatılıb və Avropanı İran xalqını sülh və təhlükəsizliklə təmin etməsi üçün İrana iqtisadi təzyiq göstərməyə çağırıb.

Avropalı tərəfdarlarımızın İran nüvə razılığından geri çəkilməsinin vaxtı gəlib çatıb.
Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropanı Amerikanın “qatil, inqilabçı rejim” adlandırdığıİrana tətbiq etdiyi sanksiyalara xələl gətirməkdə günahlandırıb.

“Avropalı tərəfdarlarımızın İran nüvə razılığından geri çəkilməsinin vaxtı gəlib çatıb”, o deyib.

Pens transatlantik müttəfiqlərini Venesuela məsələsinə görə də tənqid edib və Avropanı Vaşinqtonun yolunda irəliləməyə çağırıb.

“Bu gün biz Avropa İttifaqını azadlıq üçün addım atmağa və Xuan Quaydonu Venesuelanın yeganə qanuni prezidenti olaraq tanımağa çağırırıq”, Pens söyləyib.

Vitse-prezident həmçinin Avropanın Moskva ilə əlaqələrindən bəhs edib və Rusiyadan Almaniyaya Nord Stream 2 qaz boru kəmərinin inşasını tənqid edib.

Kansler Angela Merkel isə Almaniyanın Rusiya qazından asılı olduğuna dair fikirləri rədd edib və Avropanın İranla bağlı mövqeyini müdafiə edib.

“Biz İranın zərər verən və çətin təsirlərinin qarşısını almaq kimi ortaq məqsədimizə yeganə razılıqdan geri çəkilərəkmi, yoxsa əlimizdəki bu yeganə vasitədən istifadə edərək onlara təzyiq göstərərəkmi çatacağıq?”

Mayk Pens
Mayk Pens

Pens ABŞ-ın NATO müttəfiqlərinin müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirmələrinə dair çağırışlarını yeniləyib. Yeni araşdırma bir çox Avropa ölkəsinin bu məsələdə geri qaldığını göstərir.

NATO müttəfiqləri Amerika qoşunlarını Suriyadan çıxarmaq planları ilə bağlı narahatlığını ifadə edib. Lakin ABŞ-ın nümayəndə heyəti avropalı müttəfiqlərin nə üçün Suriyaya quru qoşun göndərmək istəmədiyi sual edib.

“Biz 'siz daha çox iş görməlisiniz' deyirik, amma amerikalılar müdafiə xərclərini artırmağımızı və ya müdafiə üçün pul verməyimizi istəyəndə biz diplomatik baxımdan çox çətin sualla üzləşirik” – deyə Avropa İttfaqının Təhlükəsizlik Araşdırmaları İnstitutundan Florens Qaub bildirib.

Onlar ortaq təhlükələrlə üzləşdiklərini desə də, konfransda diqqət mərkəzində müttəfiqlər arasında artan transatlantik gərginlik olub.

XS
SM
MD
LG