Accessibility links

Trampın transgenderlərə hərbi xidmətin yasaqlanmasına dair sərəncamının qarşısı alınıb


Vaşinqtonun federal hakimi prezident Trampın transgenderlərə hərbi xidmətin yasaqlanmasına dair sərəncamının qarşısını alıb.

Bu, prezidentin onların konstitusiya hüquqlarını pozduğundan şikayətlənənlərin zərəfi hesab edilir.

ABŞ prezidenti Donald Tramp iyul ayında bildirib ki, transgenderlər Amerikanın ordu sıralarına qatıla bilməyəcək. Beləliklə sabiq prezident Barak Obamanın bir il əvvəl qüvvəyə mindirdiyini qərar ləğv edilə bilərdi.

Tramp Twitter hesabında yazıb ki, ordu generalları və hərbi ekspertlərlə məsləhətləşmələrdən sonra bu qərar verilib.

"Ordumuz diqqətini transseksualların orduya qoşulmaq üçün bahalı əməliyyatları deyil, qətiyyətli qələbələrə yönəltməlidir"- Tramp yazıb.

Təxminlərə görə, ABŞ ordusunda aktiv vəzifələrdə 2500-ə yaxın transseksual xidmət göstərir. 1500 transgender ehtiyatdadır.

Müdafiə rəsmiləri 250 nəfərin cinsiyyətini dəyişməyə hazır olduqlarını deyib. Prezidentin qərarı ordunun sağlamlıq qaydalarını dəyişməsi möhlətinin başa çatmasından bir gün öncə verilib.

Trampın qərarına dərhal kəskin reaksiyalar bildirilib. Transseksualların hüquqlarını müdafiə edən İnsan Haqları Kampaniyasının prezidenti Çad Qriffin deyib ki, mən elə transgenderlər tanıyıram ki, onlar vətənləri üçün Trampın həyatı boyu etmədiyini ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG