Accessibility links

Tramp: Transgenderlər ordu sıralarına qoşula bilməyəcək


President Donald Trump speaks about the healthcare vote during a joint news conference with Lebanese Prime Minister Saad Hariri in the Rose Garden of the White House in Washington, July 25, 2017.
President Donald Trump speaks about the healthcare vote during a joint news conference with Lebanese Prime Minister Saad Hariri in the Rose Garden of the White House in Washington, July 25, 2017.

ABŞ prezidenti Donald Tramp bildirib ki, transgenderlər Amerikanın ordu sıralarına qatıla bilməyəcək. Beləliklə sabiq prezident Barak Obamanın bir il əvvəl qüvvəyə mindirdiyini qərar ləğv edilə bilər.

Tramp Twitter hesabında yazıb ki, ordu generallaları və hərbi ekspertlərlə məsləhətləşmələrdən sonra bu qərar verilib.

"Ordumuz diqqətini transseksualların orduya qoşulmaq üçün bahalı əməliyyatları deyil, qətiyyətli qələbələrə yönəltməlidi"- Tramp yazıb.

Təxminlərə görə, ABŞ ordusunda aktiv vəzifələrdə 2500-ə yaxın transseksual xidmət göstərir. 1500 transgender ehtiyatdadır. Prezident onların aqibənin nə olacağına açıqlama verməyib.

Müdafiə rəsmiləri 250 nəfərin cinsiyyətini dəyişməyə hazır olduqlarını deyib. Prezidentin qərarı ordunun sağlamlıq qaydalarını dəyişməsi möhlətinin başa çatmasından bir gün öncə verilib.

Trampın qərarına dərhal kəskin reaksiyalar bildirilib. Transseksualların hüquqlarını müdafiə edən İnsan Haqları Kampaniyasının prezidenti Çad Qriffin deyib ki, mən elə transgenderlər tanıyıram ki, onlar vətənləri üçün Trampın həyatı boyu etmədiyini ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG